Yeni gələn hücumçu etiraf etdi: "İki qol vurdum, məni qucaqladılar, sonra da..."

16 Mart 21:00 Müsahibə 726
Yeni gələn hücumçu etiraf etdi: "İki qol vurdum, məni qucaqladılar, sonra da..."

"Turan Tovuz" növbəti ev qələbəsini "Araz Naxçıvan" üzərində qazandı - 2:0. Qarşılaşmanın adamı isə sözsüz ki, Aleks Souza oldu.

İkinci yarı meydana daxil olaraq dubl edən braziliyalı hücumçu Sportinfo.az-a müsahibə verib.

- “Araz Naxçıvan” üzərində qələbə haqda nə deyə bilərsiniz?

- Yaxşı oyun oldu. 3 xalı qazanan tərəf biz olduq. Buna ehtiyacımız vardı. Qələbə əla idi

- Qələbəni sənin vurduğun 2 qolla əldə etmək mümkün oldu. Səni matçın qəhrəmanı hesab edə bilərikmi?

- İki qol vura bildiyim üçün çox şadam. Bu qollar bütün “Turan” oyunçularının əziyyətinin nəticəsidir. Biz bir yerdə çox çalışdıq və 3 xala layiq olduğumuzu göstərdik.

- Meydana daxil olanda qollar vuracağına inanırdın?

- Buna hər zaman inanıram. Mən çox diqqətli idim və qol vurmağı çox istəyirdim. 2 qol vurduğum üçün xoşbəxtəm.

- Oyundan sonra baş məşqçi və rəhbərlikdən xüsusi təbrik aldın?

- Bəli. Məni qucaqladılar, sonra da təbrik etdilər,

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!