“Qarabağ”da xoşbəxtəm, klubdan ayrılmaq istəmirəm" - Abdullah Zubir

10 Mart 13:35 Müsahibə 3 090
“Qarabağ”da xoşbəxtəm, klubdan ayrılmaq istəmirəm" - Abdullah Zubir

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir “transfermarkt” saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun aparıcı futbolçusu “Qarabağ”dakı karyerasından, “Seltik” və “Ausburq”un onunla maraqlanmasından danışıb.

"Jiru və Benzema böyük adlardır, onlarla eyni siyahıda yer aldığım üçün qürur duyuram"

- Siz bu mövsüm bütün yarışlarda ən çox qol vuran (11 qol + 11 məhsuldar ötürmə) beşinci fransızsınız. Bu haqda məlumatınız var idi?

- Yox, bilmirdim. Amma mən statistikaya diqqət etmirəm. Bu təbii prosesdir. Çünki yalnız neçə qol vuracağınızı düşünsəniz, oyununuz dəyişməyə başlayır, artıq yaxşı seçimlər edə bilməzsiniz və istənilən yerdən zərbələr endirə bilərsiniz. Əlbəttə, statistika vacibdir, xüsusən də bu gün. İnsanlar artıq meydanda nə etdiyinizə fikir vermirlər. Hücumçu olanda hamı sənin neçə qol vurduğunu bilmək istəyir. Ona görə də buna diqqət edirəm, amma hər oyunda bu haqda düşünmürəm.

- Olivye Jiru ilə eyni statistik göstəricilərə maliksiz, reytinqdə Kərim Benzemanı qabaqlayırsınız..

- Bunlar futbolda Mbappe, Qrizmann kimi böyük adlardır. Onlarla eyni siyahıda yer aldığım üçün qürur duyuram. Bu gün onlar, xüsusən də öz peşəkarlıqlarına və öz yaşlarında etdiklərinə görə etalondurlar. Bu gün 32 yaşım var və mənim kimi oyunçu üçün onlar nümunədir. 35 və ya 36 yaşlarında olan Jiru ilə Benzemanın performanslarını görəndə bu, məni daha da peşəkar olmağa, öz üzərimdə daha çox işləməyə sövq edir.

"İlk mövsümümdən “Arsenal”, “Sportinq” və “Vorksla” ilə Avropa Liqasının qrupunda oynadıq, uşaq kimi xoşbəxt idim"

- Daha dəqiq desək, siz 2018/2019 mövsümündən bəri dünyanın ən məhsuldar onuncu fransız futbolçusuz. “Qarabağ”dakı uğurunuzu necə izah edirsiniz?

- Bizim çox intizamlı, sərt məşqçimiz var. Yaxşı oynamalıyıq, çünki hər dəfə bir az rahatlayanda, o, həmişə yanımızdadır və deyir ki, işlə, rahatlaşma. Bu, mənim “Qarabağ”dakı altıncı mövsümümdür. Mən də digər oyunçular kimi oyun planını əzbər bilirəm. Demək olar ki, 4-5 ildir ki, birlikdə oynayırıq, hər il gələn bir neçə yeni gələndən başqa. Səbəblər bunlardır. Təbii ki, yaxşı, məhsuldar iş də öz növbəsində.

- Niyə Azərbaycan klubu ilə müqavilə bağlamağa qərar verdin?

- Mən “Lans”da oyanyırdım. İlk mövsümü daha yaxşı keçirdim və adi Liqa 2 komandasında çıxış edirdim. Lakin sonra ikinci mövsümümüz zəif keçdi və ilk yeddi oyunu uduzduq. Bu, həqiqətən çətin idi. Klub daxilində həm rəhbərlik, həm də azarkeşlər arasında gərginlik yaranmışdı. Öz səviyyəmdə oynamadığım üçün məyus idim. Belçika və Liqa 1-dən təkliflər almağa başladım, sonra “Qarabağ”dan təklif gəldi. Klub 2017/18 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanmışdı. Bu ölkə haqqında heç vaxt eşitməmişdim. Əvvəlcə bu mənim prioritetim deyildi. Amma orada oynayan bir futbolçunu tanıyan bir dostum var idi, ona görə onunla əlaqə saxladım ki, görəsən nə deyəcək. Mən klub və şəhər haqqında öyrənməyə başladım. Hələ gənc idim, 26 yaşım var idi. Amma dekorasiyanın dəyişməsini, başqa bir layihə ilə məşğul olmaq, başqa yerdə işlərin necə olduğunu görmək və hər şeydən əvvəl Avropa yarışlarında oynamaq istəyirdim. Bilirdim ki, o vaxt klub ardıcıl 5 dəfə Avropa yarışlarının qrup mərhələsinə düşmüşdü. Mən özümə dedim ki, bu bir fürsətdir. İki həftə sonra keçidə razılaşdım və peşman olmadım. İlk mövsümümdən “Arsenal”, “Sportinq” və “Vorslla” ilə Avropa Liqasının qrupunda oynadıq. Uşaq kimi xoşbəxt idim.

"Fransaya qayıtmağa hazır deyiləm"

- Statistikanıza nəzər salsaq görərik ki, Fransada oynadığınız zaman o qədər də məhsuldar deyildiniz (107 matçda 10 qol və 12 məhsuldar ötürmə). Nə dəyişdi?

- Problemin məndə olduğunu bilirdim. Məşqçi mənə dedi ki, "biz sənin bitirmən üzərində işləməliyik, çünki gördük ki, sən özün üçün epizodlar yarada bilərsən, amma sonda bu, məntiqi sonluğa çatmır”. Beləliklə, o, hər həftə müəyyən seanslar etməyə başladı və zaman keçdikcə rəqib qapısı qarşısında özümü daha rahat hiss etdim. Ona görə də bu gün qol vurmaq mənim üçün daha asandır. Mən daha az tələsirəm.

- Azərbaycana getməmişdən əvvəl fransalı futbolçu üçün qeyri-adi ölkələrdə olan Rumıniya və Şotlandiyada da çıxış etmisiniz. Özünüzü səyahətçi hesab edirsiniz?

- Mənim karyerama baxsanız, hər şey aydınlaşacaq. Şotlandiyaya gedəndə 21 yaşım var idi. Amma macəradan qorxmayan biriyəm. Ondan sonra düşündüm ki, bəlkə başqa yerdə də özümü sınaya bilərəm. Rumıniyaya gedəndə ətrafımdakıların çoxu dedi: “Sən dəlisən, 24 yaşın var, orda işin yoxdur”. Hamı təəccübləndi.

- Oynadığın beş çempionatdan hansını ən yaxşı hesab edirsən?

- Mənim üçün bu, Şotlandiya çempionatıdır. Çünki açıq futboldur. Şou gedir, hamı da onu sevir. Sonra 2-ci Liqanı, sonra isə Rumıniyanı seçərdim. Azərbaycanı çempionatını dördüncü yerə qoyacam. Çempionatda 10 klub var. Bizim iki birbaşa rəqibimiz var: “Neftçi” və “Sabah”. Bunlar öz oyununu göstərən komandalardır. Onlara qarşı oynayanda, həqiqətən də gərginlik hiss edilir. Digər komandalara qarşı da çətinlik olur. Onlar tez-tez beşli müdafiə ilə oynayırlar və biz onların müdafiəsində boşluq tapmalıyıq. Amma ilk qolu vuran kimi rəqib açılır, ikincini də vurmağı bacarırsansa, iş bitdi.

- L'Equipe-nin məlumatına görə, sizinlə "Seltik" və "Auqsburq" maraqlanır. Bu klublar sizin üçün maraqlı ola bilər?

- Beynimdə çox məlumat saxlamamağa üstünlük verirəm. Amma bəzən mətbuatda oxuyuram, qürur duyuram. Bunlar hər bir futbolçunu maraqlandıran böyük klublardır. Bu yay azad agent olacam (müqavilə müddəti 30 iyun). Bundan sonra nə olacağını hələ bilmirəm. “Qarabağ”da xoşbəxtəm, ona görə də, klubdan ayrılmaq istəmirəm. İlin sonunda görəcəyik ki, mənim hansı təkliflərim olacaq, amma bir şey aydındır: Fransaya qayıtmağa hazır deyiləm.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"