"Premyer Liqaya qayıdaq, onda bu suallara cavab tapılacaq" - MÜSAHİBƏ

13 Mart 11:40 Müsahibə 652
"Premyer Liqaya qayıdaq, onda bu suallara cavab tapılacaq" - MÜSAHİBƏ

"Şamaxı"nın müdafiəçisi Səbayıl Bağırov Birinci Liqanın 17-ci turunda "Karvan"ı səfərdə darmadağın etdikləri (0:6) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.

- Qarşılaşma barədə nələr deyə bilərsən?

- Matça çox ciddi hazırlaşmışdıq. Evdəki son iki bərabərlikdən sonra səfərdə qələbə qazanmaq əsas istəyimiz idi. Şükürlər olsun ki, bunu bacardıq.

- Belə hesab gözlənilməz oldu. Rəqib zəif çıxış etdi, yoxsa siz daha yaxşı göründünüz?

- Bu "Şamaxı"nın belə hesabla qələbələr qazanmaq potensialı var. Sadəcə əvvəlki oyunlarda ələ düşən şansları dəyərləndirə bilmirdik. Bu gün şükürlər olsun ki, hər şey ürəyimizcə oldu.

- "Şamaxı" Premyer Liqaya yüksəlmək üçün ən şanslı komanda kimi təqdim edilir. Bu, sizdə əlavə gərginlik yaratmır?

- Xeyr, hansısa təzyiq yaratdığını deməzdim.

- Amma 17 tur arxada qalsa da birinci pillədə lövbər salmaq hələ də mümkün olmayıb...

- Ötən mövsümlə müqayisədə bu il Birinci Liqanın səviyyəsi qalxıb. Rəqiblər güclənib. Ona görə də birinci pillə uğurunda mübarizə çətin keçir.

- Qış fasiləsində Premyer Liqanı Birinci Liqaya dəyişdin. Qərar vermək çətin olmadı?

- Bəzi amillər var, amma indi açıqlamaq istəmirəm. İnşallah, "Şamaxı" ilə Premyer Liqaya qayıdaq, onda bu suallara cavab tapılacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"