“İnanmırsız, komanda yoldaşlarımdan soruşun” – Qəhrəman təvazökarlıq etdi

6 Mart 16:40 Müsahibə 514
“İnanmırsız, komanda yoldaşlarımdan soruşun” – Qəhrəman təvazökarlıq etdi

“Səbail”in müdafiəçisi Nir Bardea Sportinfo.az-a müsahibə verib.

İsrailli legioner komandasının səfər qarşılaşmasında “Qəbələ” üzərində qazandığı 3:2 qələbə haqda sualları cavablandırıb.

- Hava şəraitini nəzərə alsaq, Qəbələdə oynamaq həqiqətənmi çətindir?

- Açığı, oyun vaxtı hava, təbiət, təzyiq – bu kimi şeylər haqda düşünmürəm. Meydana ayaq basan kimi bütün fikrim oyunda olur. Mübarizə aparmalı, komandama kömək etməli, qələbə qazanmalıyıq. Bu gün qələbədə pay sahibi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Bundan sonra davamını gətirməliyik.

- İlk hissədə gözlənilmədən 2 qol buraxdınız. Nə baş vermişdi?

- Sanki özümüzdə deyildik. Gecikirdik, gözləyirdik. Necə izah verəcəyimi də bilmirəm. Diqqəti əldən vermişdik, rəqib də bundan istifadə edib 2 qol vurdu. Fasilədə baş məşqçi bizimlə söhbət etdi və konkret nə istədiyini bildirdi. Biz də meydana çıxıb tapşırıqları yerinə yetirdik.

- İkinci 45 dəqiqədə yeganə mərkəz müdafiəçisi kimi oynayırdın ki, bu, heç də asan deyil. Həmin an nə düşünürdün?

- Çətinliyi sevən adamam. Çünki belə olanda daha artığını etməli oluram. Baş məşqçimiz bir mərkəz müdafiəçisi ilə oynayacağımızı deyəndə, “baş üstə” cavabını verib, özümü ikinci hissəyə köklədim.

- 0:2-dən sonra geridönüş edib 3 xal qazanacağınıza inanırdın?

- İnanmırsınız, komanda yoldaşlarından soruşun. Hamıya deyirdim ki, lazım olan hər şeyi edib qələbə qazanacağıq. Tək istədiyim öz oyunumuzu göstərməyimiz idi. Təqvimə baxın, nə vaxt ki oyunumuz istədiyimiz, planlaşdırdığımız kimi alınıb, bütün rəqibləri məğlub etməyi bacarmışıq.

- Rəqib müdafiəçi Lukas Afriko qırmızı vərəqə almaqla “Səbail”ə kömək etmiş oldu. Razısan bu fikirlə?

- Razıyam. Onlar 10 nəfər qalandan sonra daha çox güc sərf edirdilər və bizə daha çox qüvvə ilə hücuma atılmaq imkanı yaradırdılar. “Qırmızı” olmasaydı, daha çox futbolçu ilə müdafiə olunub hesabı qorumaq haqda düşünəcəkdilər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!