“Sabah”ın Marqaritası: "Final dəyərində 11 matç bizi gözləyir" - MÜSAHİBƏ

7 Mart 23:00 Müsahibə 719
“Sabah”ın Marqaritası: "Final dəyərində 11 matç bizi gözləyir" -  MÜSAHİBƏ

“Sabah”ın yarımmüdafiəçisi Jarl Marqarita Azərbaycan Premyer Liqasının 25-ci turunda “Araz Naxçıvan”I məğlub etdikləri matç haqda (2:0) Sportinfo.az-a müsahibə verib.

- Qarşılaşma barədə düşüncələrin maraqlı olardı...

- Qələbə qazanmaq üçün sona kimi mübarizə apardıq. Əlimizdən gələni etdik. İlk hissədə də üstün idik. Lakin epizodlardan istifadə edə bilmədik. Fasilədən sonra isə bizə lazım olan qolları vurduq. Qələbə üçün hər şeyi etdik və buna nail olduq.

- Oyunun gedişində ciddi xəsarət aldın. Durumun necədir?

- Həmin epizodda qayda pozulmuşdu. Rəqib açıq ayaqla başıma zərbə endirmişdi. Bu oyunda təkcə bu epizodda yox, başqa epizodlarda da əleyhimizə qərarlar verildi. Bir neçə gün istirahət etməliyəm. İnşallah, növbəti oyunumuza kimi sıraya qayıdacam.

- Mövsüm sona yaxınlaşır, amma "Sabah" hələ də stabil çıxış sərgiləyə bilmir. Problem nədir?

- Hər turu eyni nəticə ilə başa vurmaq çətindir. Hər oyun bir-birindən fərqli olur. Bütün komandalar sona kimi mübarizə aparır. Mövsümün gedişində istənilən nəticə qeydə alına bilər. Əsas olan mövsümün sonunda ümumi məqsədə nail olmaqdır.

- Amma o qədər də uğurlu olmadığınız halda belə medal qazanmaq şansları böyükdür. Səncə, bunu bacarmaq nə dərəcədə real görünür?

- Bizi qarşıda final dəyərində 11 matç gözləyir. Bu oyunların hər birinə xüsusi hazırlaşmalı, yaxşı nəticə qazanmaq üçün var qüvvəmizlə mübarizə aparmalıyıq. Sonda hansı nəticəyə nail olacağımızı mövsümün sonunda görəcəyik. Fikrimcə, hədəflərə çatmaq üçün bizim yaxşı potensialımız var.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"