Riçard Almeyda "Qarabağ" barədə SÖHBƏT ETDİ

29 Fevral 21:00 Müsahibə 828
Riçard Almeyda "Qarabağ" barədə SÖHBƏT ETDİ

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Premyer Liqanın 23-cü turundan təxirə salınmış "Qəbələ" - "Qarabağ" matçından sonra (4:0) Sportinfo.az-a müsahibə verib.

- İlk öncə qarşılaşma barədə nələr deyə bilərsən?

- Çətin oyun olacağını gözləyirdik. Baxmayaraq ki, "Qəbələ" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır. Onlar göstərdikləri oyun və potensiallarına görə sonuncu pillədə olmağa layiq deyillər. Bunu düşünərək bura gəlmişdik. İlk hissə bizim üçün yaxşı keçmədi. Fasilədə baş məşqçidən müəyyən tapşırıqlar aldıq. Nəticədə istəyimizə çata bildik.

- “Qəbələ” yeni baş məşqçi ilə meydana çıxmışdı. Rəqib hansısa məqamda sizi təəccübləndirə bildi?

- Bəli, rəqibin yeni baş məşqçisi vardı. Kaxaber Sxadadze uzun müddət Azərbaycanda işləyib. Onun komandasının necə aqressiv, fiziki cəhətdən yaxşı təşkilatlanmış olduğunu görmüşük. İstəkli olacaqlarını bilirdik.

- “Qəbələ” demək olar ki, ikinci hissəni azlıqda keçirdi. Bunun da sizin işinizi asanlaşdırdığını demək olarmı?

- Düzdür, rəqib qırmızı vərəqə aldı. Amma "Qəbələ" azlıqda qalmasaydı belə, biz ikinci yarıya yaxşı başlamışdıq. Əsas odur ki, 3 xalı qazandıq. Bir daha göründü ki, Premyer Liqada oyunlar elə də asan keçmir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!