Baş məşqçi “Neftçi”ylə oyunun qəhrəmanına nə deyib?

28 Fevral 23:40 Müsahibə 527
Baş məşqçi “Neftçi”ylə oyunun qəhrəmanına nə deyib?

“Turan Tovuz” – “Neftçi” qarşılaşmasının (1:1) ən yaxşılarından biri qeyri-şərtsiz Belajdi Pusi idi.

Meydana ikinci hissədə daxil olan albaniyalı hücumçu son 15-20 dəqiqədə qonaqların müdafiə xəttini pərəm-pərəm salmaqla komandasının vurduğu bərabərlik qolunda xüsusi rol oynadı.

“9 nömrə” Sportinfo.az-a verdiyi müsahibədə oyundan doğan sualları cavablandırıb.

- 1:1-ə görə sevinirsiniz, yoxsa sona yaxın 100 faizlik qol şansının əldən çıxdığına görə üzgünsünüz?

- Oyunun gedişatını - hesabda geri olduğumuzu və rəqibin təhlükəli imkanlarını nəzərə alsaq, təbii ki, 1 xala görə məmnunam. Minimum məqsəd uduzmamaq idi, ona da nail olduq.

- Ayxan Abbasov paltardəyişmə otağında sənə nə dedi?

- Təbrik etdi, performansımdan razılığını dilə gətirdi və bu cür davam etməyimi tapşırdı.

- Oyuna inanılmaz dərəcədə istəkli və sürətli başladın. Nə yeyib-içmişdin? Sanki xüsusi motivasiya var idi səndə.

- Futbol oynamağı sevirəm, futbol həyatımın bir parçasıdır. Tək bu gün yox, hər zaman meydana çıxıb mübarizə aparmaq üçün alışıb-yanıram. Gizlətmirəm, çıxışımda azarkeşlərimizin xüsusi rolu var. Onlar öz dəstəkləri ilə məni xoşbəxt edirlər. Mən də onları sevindirmək üçün bacardığımın 100 faizini verirəm.

- Yeri gəlmişkən, Tovuzda məhz sənə xüsusi simpatiya var. Hər dəfə tribunalardan adın eşidilir. Nədir bu əlaqənin, sevginin səbəbi?

- Tovuzlu azarkeşlər futbolu yaxşı bilir. Görürlər ki, oyunda canımı verirəm, gücümü qoymaqda xəsislik etmirəm. Hər bir azarkeşin futbolçuda dəyər verdiyi keyfiyyət oyunçunun mübarizələr zamanı ürəyini qoymasıdır. Fikrimcə, onlar məndə ən çox bunu bəyənir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"