"Onlar qələbə qazanmaq istəyimizə mane oldular"

22 Fevral 19:40 Müsahibə 348
"Onlar qələbə qazanmaq istəyimizə mane oldular"

"Kəpəz"in forvardı Amil Yunanov Premyer Liqanın 23-cü turunda "Sabah"a məğlub olduqları matç (2:3) haqda Sportinfo.az-a müsahibə verib.

- "Kəpəz"in məğlubiyyətinə səbəb nə oldu?

- Çox ağır oyun oldu. Startda hesabda önə keçməyi bacardıq. Təəssüf ki, üstünlüyü sona qədər davam etdirə bilmədik. Rəqibin fərdi keyfiyyəti yüksək olan futbolçuları çoxdur. Xal qazanmaq istəyimizə mane oldular. Qarşıdakı oyunlara köklənmək lazımdır.

- Qış fasiləsindən sonra məğlub olduğunuz 3 qarşılaşmanın hamısında hesabı açan tərəf siz olmusunuz. Üstünlüyü qorumağa nə mane olur?

- Futbolda belə hallar olur. Bundan hamımızın səhvi var. Baş məşqçimiz futbolçularla bu barədə söhbətlər edir. Çalışırıq səhvlərimizi aradan qaldıraq.

- Qarşıdan "Qəbələ" ilə matç gəlir. Qarşılaşma liqada qalmaq uğurunda mübarizə baxımından əhəmiyyəti böyükdir. Şansları necə qiymətləndirirsən?

- "Qəbələ" yaxşı kollektivdir. Bu sezon şanssızlıq yaşayırlar. Ötən mövsüm ölkə kubokunu qazanmışdılar. Çox çətin və maraqlı oyun olacaq.

- Əsas rəqibinizdən 5 xal öndə olduğunuzu nəzərə alsaq, bərabərliyi sizin üçün qənaətbəxş hesab etmək olar?

- Bütün oyunlara 3 qazanmaq düşüncəsi ilə çıxırıq. Bu dəfə də belə olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti