"Bizə güclü təzyiq var idi"

18 Fevral 11:55 Müsahibə 407
"Bizə güclü təzyiq var idi"

"Turan Tovuz"un qapıçısı Aydın Bayramov Premyer Liqanın 22-ci turunun "Qəbələ" ilə matç haqda (2:1) Sportinfo.az-a müsahibə verib.

- Növbəti ev qələbəsi barədə düşüncələriniz necədir?

- Ağır oyun olacağını bilirdik. Çünki rəqibə xal qazanmaq vacib idi. Çətin oyun oldu. Əsas sevindirici məqam odur ki, əlimizə düşən fürsətlərdən istifadə edə bildik.

- Son dəqiqələr daha ağır keçdi. Qələbəni əldən buraxmaq qorxusu var idi?

- Bəli, güclü təzyiq vardı. "Qəbələ" bərabərlik qolu üçün irəli atılmışdı. Buna rəğmən, hücumda yaxşı epizodlarımız oldu. üçüncü qolu da vura bilərdik. Əsas odur ki, son dəqiqələrdə komanda şəkilində müdafiə olunaraq qələbə qazanmağı bacardıq.

- Son 4 ev oyununda qalib gəlmisiniz. Artıq Tovuz şəhər stadionunu rəqiblər üçün cəhənnəmə çevirdiyinizi demək olar?

- Hər oyunda rəqiblərə səfər meydanında olduqlarını hiss etdirməyə çalışırıq. Buradan xal aparmaq asan olmamalıdır.

- Son 3 oyunda meydanda olursan. Əsas heyətdə yerini qaytardığını demək olar?

- Bu, baş məşqçinin fikridir. Hamımız oynamağa hazırıq. Bizdə əsas qapıçı anlayışı yoxdur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti