COP29

Kapitan qələbənin sirrini açdı: "Fasilədə uşaqlarla danışdıq ki..."

13 Fevral 20:40 Müsahibə 430
Kapitan qələbənin sirrini açdı: "Fasilədə uşaqlarla danışdıq ki..."

"Səbail"in kapitanı Cabir Əmirli Premyer Liqanın 22-ci turunda "Kəpəz"i məğlub etdikləri (4:1) oyundan sonra Sportinfo.az-a müsahibə verib.

- Oyunu necə dəyərləndirirsiz?

- Bütün motivasiyamızı bu oyuna vermişdik. Bu matçdan qələbə ilə ayrılmaq üçün çalışırdıq. Qarşımıza növbəti turlara daha motivasiyalı çıxmağı məqsəd qoymuşduq.

- Son turlar "Kəpəz" yüksəlişdədir. Bunun fonunda belə hesabın qeydə alınması necə baş verdi?

- İlk hissə bərabər bitdi. Fasilədə uşaqlarla danışdıq ki, ikinci hissədə çıxıb öz oyunumuzu oynayıb qələbə qazanmalıyıq. İkinci qolu vurduqdan sonra "Kəpəz" daha irəlidə oynadı. Bizdə əks-hücumdan üçüncü və daha sonra dördüncü qolu vurduq.

- Bu qələbə yetərli olacaqmı ki, komanda enişdən çıxa bilsin?

- Biz enişdə deyilik. Yüksək pillələrdə olan komandalarla aramızda elə də fərq yoxdur. Bu qələbə bizə daha da motivasiya verəcək.

- Oyunu zədələnərək tərk etdiz. Ağrılar altında meydanda mübarizə aparmaq nə dərəcədə çətin idi?

- Oyunun əvvəlində ağrılar yox idi. Sadəcə matçın bir anında ayağımda ağrılar oldu. Əməliyyatdan sonra artıq üçüncü oyundur ki, meydandayam.

- Qış fasiləsindən sonra komandanın nəticələri müsbət olsaydı, baş məşqçidən daha çox istirahət etməyi xahiş edəcəkdin?

- Əməliyyatdan iki həftə sonra məşqlərə başlamışdım. Əksinə məşqçidən xahiş elədim ki, daha tez oynayım. Türkiyə toplanışında belə məşqçidən yoxlama oyunlarında şans verilməsini istədim.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"