"İnanmıram ki, "Neftçi"də belə düşüncə olsun" - HACIYEV

2 Fevral 17:00 Müsahibə 683
"İnanmıram ki, "Neftçi"də belə düşüncə olsun" - HACIYEV

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Sportinfo.az-a müsahibə verib.

“Ağ qaralar”ın orta sahə oyunçusu ilk olaraq Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la ilk matçında qazandıqları qələbəni (3:2) şərh edib.

- Kubok oyunu bizim üçün çox vacib idi. İlk hissə 3:0 qalib gəldik. Fasilədən sonra səhvlərdən 2 qol buraxdıq. Rəqib hansısa xüsusi hazırlanmış planla bizə qol vurmadı. Özümüz o qolları verdik. Hər şey yaxşıdır. Qarşıdan çempionat oyunu gəlir. Həmin matç da önəmlidir. Ardınca cavab oyunu olacaq. Hazırda 1:0 öndəyik. Amma buna baxmayaraq meydana beynimizdə hesabın 0:0 olduğunu düşünərək çıxacağıq.

- İkinci yarıda buraxılan qollar nə ilə bağlıydı?

- Buraxılan qollara baxsaq hər şey aydın olur. Məsələn, ikinci qolda Matias gözləmədiyi anda topu ayaqları arasından buraxdı.

- 3 gündən bir oyun keçirmək çətin deyil?

- Əlbəttə, çətindir. Daimi belə olsa öyrəşə bilərik. Müəyyən dövrü əhatə edən belə qrafik çox çətinlik yaradır.

- İlk yarını böyük üstünlüklə (3:0) tamamladınız. Fasilədə baş məşqçinin eyforiyaya qapılmamağınız üçün tapşırıqları olmuşdu?

- Təbii ki, olmuşdu. Biz də yerinə yetirməyə çalışdıq. Çox yaxşı oynadığımızı düşünürəm. Məncə, baş məşqçinin tapşırıqlarını tam yerinə yetirə bilsək yaxşı yerlərdə ola bilərik. Məncə, arxayınlıq yox idi. Peşəkar komandayıq və futbolçular hamısı peşəkardı. İnanmıram ki, belə düşüncə olsun. Futbolda belə hallar olur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!