“Neftçi”nin “ataman”ı: "Biz belə qollar buraxmalı deyildik"

2 Fevral 22:40 Müsahibə 685
“Neftçi”nin “ataman”ı: "Biz belə qollar buraxmalı deyildik"

“Neftçi”nin braziliyalı müdafiəçisi Yuri Matias Sportinfo.az-a müsahibə verib.

“Ağ qaralar”ın legioneri ilk olaraq Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la ilk matçında qazandıqları qələbəni (3:2) şərh edib.

- Birinci hissə yaxşı başladıq. İstədiyimizi edə bildik. Hətta 3 qol vurduq.

- Bəs ikinci yarı nə baş verdi?

- İkinci hissə sanki ritmi aşağı saldıq. Bu da oyunumuza təsir etdi. Bəzi epizodları qolu çevirməkdə çətinlik çəkdik. Birbaşa müdafiə xəttinin səhvlərindən qollar buraxdıq. İkinci qolda isə mənim səhvim oldum. Buna baxmayaraq növbəti qarşılaşmalara daha inamla hazırlaşacağıq.

- Fasilədən sonra baş verənləri həm də arxayınlıqla əlaqələndirə bilərik?

- Futbolda belə hadisələr baş verir. 3 gün əvvəl oyun keçirməyimiz də ikinci yarıda tempin aşağı düşməsinə təsir etdi. İkinci hissə fərqi daha da artıra bilərdik. Amma əksinə qapımızda iki qol gördük.

- Komanda daxilində qələbə sevinci daha çoxdur, yoxsa ikinci yarıda buraxılan qolların üzüntüsü?

- Əlbəttə, buraxılan qollar adamı çox üzür. Biz belə qollar buraxmalı deyildik. Hesabı daha da böyük etməliydik. Kubok iki görüşdən ibarətdir. Birinci oyun bizim xeyrimizə başa çatdı. Qarşıdakı çempionata oyununa hazırlaşıb, davamında cavab oyunu barədə düşünəcəyik.

- Qarşıda “Sumqayıt”la daha iki matçınız var. Bu komanda ilə görüşdə xüsusi diqqət etməli olduğunuz məqam nədir?

- Artıq üçüncü dəfədir üz-üzə gəlirik. Bir-birimizi çox yaxşı tanıyırıq. Düşünürəm ki, növbəti matçlarda kim az səhv etsə, o da qalib gələn tərəf olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!