"Neftçi" barədə xüsusi danışmağa ehtiyac yoxdur" - MÜSAHİBƏ

25 Yanvar 23:00 Müsahibə 626
"Neftçi" barədə xüsusi danışmağa ehtiyac yoxdur" - MÜSAHİBƏ

"Sabah"ın yarımmüdafiəçisi Tellur Mütəllimov Premyer Liqanın 19-cu turunun "Neftçi" ilə bərabərə qaldıqları (0:0) matç haqda Sportinfo.az-a müsahibə verib.

- Yeni ilə bərabərliklə start verdiniz. Matçla bağlı təəssüratların necədir?

- Qıs fasiləsindən sonra ilk oyun idi. Hər iki komanda qış hazırlığından sonra ilk rəsmi oyununu keçirirdi. Həm rəqib, həm biz meydandan qələbə ilə ayrılmaq istəyirdik. Hər iki tərəfin də fərqlənmək üçün imkanları oldu. Təəssüf ki, ikinci yarıya qələbə ilə start verə bilmədik. Ancaq yaxşı oyun keçirdiyimizi deyə bilərəm.

- Qələbə qazanmağa nə mane oldu?

- "Neftçi" də bizim kimi istəkli idi. Qarşılıqlı hücumlar izlədik. İlk yarıda bizim daha çox imkanlarımız oldu. Sadəcə dəyərləndirə bilmədik.

- Rəqib yeni baş məşqçi ilə qarşınıza çıxmışdı. Hər hansı surprizlə qarşılaşdınızmı?

- "Neftçi" barədə xüsusi danışmağa ehtiyac yoxdur. Rəqib ölkənin hər zaman iddialı hesab olunan klubudur. Bu cür komandalar ilə oyunlar hər zaman çətin keçir. Gözlədiyimiz kimi də oldu.

- Bu mövsüm Premyer Liqada 5-ci dəfə start heyətdə meydana çıxdın. Əsas heyətin daimi üzvünə çevrilməyinə nə mane olur?

- Komandada keyfiyyətli futbolçu çoxdur. Hamı əsas heyət uğurunda əlindən gələni edir. Mən də həmçinin. Açığı, mənim üçün əsas olan komandama xeyir verməkdir. İstər start heyətdə, istərsə də əvəzetmədən oyuna daxil olanda yalnız buna çalışıram.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!