"Neftçi"nin legionerindən səmimi etiraf: "Yaxşı onda olacaq ki..."

25 Yanvar 19:00 Müsahibə 792
"Neftçi"nin legionerindən səmimi etiraf: "Yaxşı onda olacaq ki..."

"Neftçi"nin hücumçusu Yeqor Boqomolski Premyer Liqanın 19-cu turunun "Sabah"la bərabərə bitən (0:0) matç haqda Sportinfo.az-a müsahibə verib.

- Qış fasiləsindən sonrakı ilk qarşılaşma necə keçdi?

- Yaxşı oyun oldu. Qarşılaşmaya nəzarət edən tərəf biz idik. Rəqibi öndə yaxşı sıxırdıq. Demək olar ki, "Sabah"a epizod vermədik. 1-2 əks-hücumda imkan yaxalaya bildilər. Ümumi götürsək qarşılaşmanı idarə edən tərəf biz idik.

- Rəqibə qol imkanı vermədiniz, amma sizin də elə çox qol imkanınız olmadı...

- Qarşılıqlı olaraq bir-birimizə təhlükəli epizodlar yaratmağa imkan vermədik. Bizə verilən tapşırıq da o idi ki, rəqibin rahat oynamasına imkan verməyək. Biz də bunun öhdəsindən gəldik. Ən vacibi isə sol cinahdan rəqibin Letiçlə qurulan hücumlarının qarşısını ala bildik.

- Bir xal qazandınız, yoxsa iki xala itirdiyinizi düşünürsən?

- "Neftçi"də oynayırsansa hər oyuna 3 xal üçün çıxırsan. Lakin bu gün səfərdə qazanılan bərabərlik də pis nəticə sayılmamalıdır.

- Bu gün zədə səbəbindən matçı buraxmalı olan Kilan Lebon, Qara Qarayev və Reziuan Mirzov kimi əsas heyət üzvləri meydanda olsaydı nəticə fərqli ola bilərdi?

- Düşünürəm ki, bizdə əvəzedilməz futbolçu yoxdur. Hər birimizi layiqincə əvəzləyəcək komanda yoldaşımız var. Bu gün də həmin futbolçuların mövqeyində çıxış edənlər özlərini heç də pis göstərmədilər.

- Miodroq Bojoviç ilk gündən sənə çox güvənir. Amma hələ də ümidləri doğrulda bilmirsən. Buna nə mane olur?

- Düşünürəm ki, özümü tam isbat etməyim üçün qolum çatmır. Qarşıdakı oyunlarda bunu dəyişə biləcəyimi düşünürəm. Çıxışımı normal qiymətləndirirəm. Yaxşı onda olacaq ki, mən qollar vuracam.

- Komanda da bu gün hücumçu qıtlığı hiss olunur. Rəqabətsiz davam etmək sənə necə təsir edir?

- Tək olduğumu deməzdim. Mövqeyimdə Lukas Melano da oynayır. Onunla rəqabət aparıram. Rəqabətin olması isə hər zaman xeyirlidir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti