“Qalatasaray”dan tanıdığmız legioner "Neftçi"dən danışdı, təəssüfləndi

27 Yanvar 16:00 Müsahibə 786
“Qalatasaray”dan tanıdığmız legioner "Neftçi"dən danışdı, təəssüfləndi

“Qalatasaray”dan tanıdığımız "Sabah"ın nigeriyalı yarımmüdafiəçisi Cesse Sekidika Premyer Liqanın 19-cu turunda "Neftçi" ilə bərabərə qaldıqları matç (0:0) haqda Sportinfo.az-a müsahibə verib.

- Qış fasiləsindən sonra gerçəkləşən ilk rəsmi oyun barədə nələr deyə bilərsən?

- Bəli, qış fasiləsindən sonra ilk oyunumuz idi. Turnir cədvəlində yüksəlmək üçün qalib gəlmək istəyirdik. Ancaq təəssüf ki, alınmadı. Daha yaxşı olacağımıza, növbəti oyunlarda xallar qazanacağımıza əminəm.

- Bu gün qələbəyə nə mane oldu?

- "Neftçi" ilə oyunda da qalib gələ bilərdik. Yaxşı fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik və bu matçdan yalnız bir xalla ayrılmalı olduq.

- Heç-heçə ədalətli nəticə idimi?

- Bu oyuna necə yanaşmağımızdan asılıdır. Evdə oynadığımızı nəzərə alsaq, məncə 2 xal itirdik. İkinci hissədə hər iki komanda yaxşı mübarizə apardı. Fasilədən sonra biz daha yaxşı oynaya bilərdik. Ancaq oyunumuz istədiyimiz kimi alınmadı. Son dəqiqələrdə də fürsətlərimiz olsa da faydalana bilmədik.

- Qarşıdan “Zirə” ilə daha bir ağır oyun gəlir…

- "Zirə" asan rəqib deyil. Bu komanda ilə oyunlarımız çətir keçir. Həmişə dediyim kimi, komandamızın keyfiyyətinə inanıram.

- Zirədən qələbə ilə qayıtmaq üçün yalnız keyfiyyət yetərli olacaq?

- Məncə, bu matçda qalib gəlmək üçün təkcə keyfiyyət yox, həm də böyük xarakter nümayiş etdirməliyik. İnanıram ki, bu qarşılaşmadan 3 xalla ayrılan tərəf biz olacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!