Rusiyada çalışan azərbaycanlı: “Pulların böyük qismi bukmeyker kontorlarından gəlir”

22 Yanvar 20:00 Müsahibə 1 114
Rusiyada çalışan azərbaycanlı: “Pulların böyük qismi bukmeyker kontorlarından gəlir”

Azərbaycanı Rusiya mətbuatında təmsil edən təkcə illərdir “Matç TV”də tər tökən Elvin Kərimov deyil.

Artıq Anar İbrahimov da bu ölkədə yazıb-yaratmaqdadır.

Rusiyada doğulmasına, boya-başa çatmasına baxmayaraq, Anarın bir gözü Azərbaycan futbolundadır.

Gənc həmkarımızla söhbətdə iki ölkənin idman mətbuatı arasındakı fərqləri müəyyənləşdirməyə, Azərbaycan futbolunun Rusiyadan necə göründüyünu aydınlaşdırmağa, Rusiya mətbuatında Azərbaycan futboluna diqqətin nə dərəcədə olduğunu öyrənməyə çalışdıq.

- Özün haqqında məlumat verərdin. Əsliniz hansı bölgədəndir, hansı ali məktəbi bitirmisən, iş təcrübən və sair.

- Əslimiz Qərbi Azərbaycandandır. Valideynlərim 80-ci illərin sonlarında Moskvaya köçüblər və mən də təbii olaraq 1997-ci ildə paytaxtda anadan olmuşam. İvan Fyodorov adına Moskva Dövlət Poliqrafiya İncəsənət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. 19 yaşımda - 2016-cı ildə təhsil aldığım ali məktəbin teeleviziya kanalında həvəskar səviyyədə jurnalist fəaliyyətinə başlamışam.

Pulları qurtardı, satıb vəziyyətdən çıxmaq istəyirlər – İlk təklif xoşlarına gəlmədi

- Bəs, peşəkar səviyyədə?

- İkinci kursda oxuyanda eşitdim ki, ÇSKA-nın kanalında müsabiqə elan olunub. Müraciət etdim, iştirak etdim və ikinci yeri tutaraq orada iş fəaliyyətimə start verdim. İlk dəfə orada redaksiya ortamı gördüm. Və ilk ciddi işim 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatı oldu. Yeri gəlmişkən, ÇSKA-da çalışmaq üçün maraqlı tapşırıq almışdım və buna çox sevinmişdim.

- Nə ilə bağlı idi?

- Emin Mahmudov “Spartak”da çıxış edəndə ən yaxşı oyunlarından birini 2011-ci ildə ölkə kubokunda ÇSKA-ya qarşı keçirib. Əsas vaxtı 3:3 hesabı ilə başa çatan qarşılaşmanın taleyi penalti zərbələri ilə həll olunub. Müsabiqə ilə bağlı süjet hazırlayanda həmin oyuna toxunmalı və Eminin bu matçla bağlı fikirlərini öyrənməliydim. Mahmudovun telefon nömrəsini Azərbaycandakı tanışımın sayəsində tapıb, Eminə zəng vurmuşdum. Süjet kifayət qədər maraqlı alınmışdı.

- İş fəaliyyətində hansı qurumların adları var?

- “ÇSKA TV”dən sonra “Sport24”də işlədim və bir müddət fasilə götürdüm. Müəyyən təcrübə toplamışdım, məqsədim öz layihəmi yaratmaq idi. “Yutub”da “İbrakadabra” kanalı qurmaqda məqsədim tanınmışlarla müsahibələr etmək və çoxlarının bilmədiyi mövzularra aydınlıq gətirmək idi. Ramil Şeydayevlə, Emin Mahmudovla maraqlı söhbətimiz olmuşdu. Daha sonra “Metaratings”də işlədim, bir müddətdən sonra “Eurosport”la əməkdaşlıq etdim. Ardınca Media Futbol layihəsinə dəstək verməyə çalışdım. Hazırda “Legalbet” adlı bukmeyker kontorunun saytında “Xəbərlər” redaksiyasında işləyirəm.

Pulları qurtardı, satıb vəziyyətdən çıxmaq istəyirlər – İlk təklif xoşlarına gəlmədi

- Rusiya mətbuatında çalışmağın nə kimi çətinlikləri var?

- Hansısa xüsusi çətinlikdən danışa bilmərəm. Sadəcə, təcrübə artdıqca zamanla nələrisə başa düşməyə başlayırsan.

- Nələri?

- Bəzən xəbər qıtlığı olur və bir birdən yadıma düşür ki, əlimdə belə bir məlumat var. Onu yazım, yoxsa yox. Yazaram, birdən doğru olmaz, bəlkə dəqiqləşdirim. Dəqiqləşdirməyə çalışıram, biri deyir yaz, o biri deyir tələsmə. Adi nümunə deyim.

- Aha...

- Ötən ilin yayında paraqvaylı Xesus Medinanın ÇSKA-nı “Spartak”a dəyişmək istəyi ilə bağlı məlumat almışdım. Daha doğrusu, atası bu haqda Paraqvay mətbuatına açıqlama vermişdi və bu xəbərin linki əlimə keçmişdi. Məlumatı dəqiqləşdirmək üçün “Spartak” rəsmiləri ilə danıışmışdım, inkar etmişdilər. Digər jurnalistlər isə ÇSKA-nın rəhbəri Yevgeni Ginnerlə əlaqə saxlamışdılar, o da “yox” cavabını vermişdi. Elə oldu ki, mən bu xəbəri hamıdan əvvəl tirajladım, sonra da başqa üç sayt yazdı ki, Medina “Spartak”da! Xəbəri hamıdan əvvəl mən yaydığım halda, digər saytlar mənim çalışdığım sayta yox, digər böyük saytlara istinadla verdilər. Media biznesində gənclər və o qədər də məşhur olmayan portallar bu kimi çətinliklərlə üzləşir. Avtoritet məsələsi.

Pulları qurtardı, satıb vəziyyətdən çıxmaq istəyirlər – İlk təklif xoşlarına gəlmədi

- Klublarda mənbələriniz var? Özəl xəbərləri kimlərdən əldə edirsiniz?

- Mənə demişdilər ki, Azərbaycanda məşhur idman qəzeti sayılan “Futbol+”də klublar ayrı-ayrı jurnalistlərə təhkim olunub. Yəni, “Neftçi”dən filankəs yazmalıdır, “Sabah”ın xəbərlərinə filankəs nəzarət etməlidir. Bilmirəm, ümumi mediada belədir, ya yox. Rusiyada iş prinsipi bu şəkildə aparılmır. Burada jurnalistlər daha çox menecer dediyimiz agentlərlə ünsiyyətdə olur. Çünki ən dolğun xəbərləri onlar bilir. Amma o başqa məsələ ki, klubların özündə də xəbərlərin mətbuata çıxmasında maraqlı olan şəxslər var. Başqalarının adından danışa bilmərəm. Şəxsən klub rəsmiləri ilə işləmirəm, daha çox klublara yaxın adamlarla əlaqədə oluram.

- İdman saytlarında çalışanlar necə dolanır? Maliyyəni kimdən, haradan alırsınız?

- Bu dəqiqə Rusiyada bukmeyker bazarı ciddi inkişaf edib və aralarında inanılmaz rəqabət var. Liqaya, klublara, mediaya xərclənən pulların böyük qismi kontor şirkətlərindən gəlir.

- İş necə tənzimlənir? Kontor şirkəti media ilə əlaqəni necə, hansı şərtlər altında qurur?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti