"Neftçi"nin oyunçusu: "O, gözlədiyimizdən daha çox tələbkardır"

22 Yanvar 13:00 Müsahibə 534
"Neftçi"nin oyunçusu: "O, gözlədiyimizdən daha çox tələbkardır"

"Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov Premyer Liqanın 19-cu turunun "Sabah"la bərabərə bitən (0:0) matçından sonra Sportinfo.az-a müsahibə verib.

- Oyun barədə nələr deyə bilərsən?

- Çətin oyun idi. Çox yaxşı komandaya qarşı oynayırdıq. "Sabah" artıq bir neçə ildi eyni məşqçi ilə bərabərdi. Çətin olacağını əvvəldən bilirdik. Sona qədər mübarizə apardıq.

- Bu gün qələbə üçün sizdə nə çatmadı?

- Rəqib qapısında daha da sürətli qərar verməyimiz lazımdır. Üzərimizdə işləyəcəyik ki, növbəti oyunlar daha yaxşı olaq.

- Miodraq Bojoviçin rəhbərliyi altında komandanın hazırlığı necə keçdi?

- Baş məşqçinin yeni tələbləri var. Çalışırıq istədiklərin edək. Hələ az müddət keçib. Məncə, daha yaxşı olacağıq.

- Bu komandaların əvvəlki oyunları daha dramatik və bol qol epizodları ilə yadda qalırdı. Bu günkü matçda da eynisini görməyimizə nə mane oldu?

- Düşünürəm ki, hər iki komanda yaxşı oyunçulardan qurulub. Bu məqam tərəflərin bir-birinə qol epizodları yaratmağına imkan vermədi.

- Yeni baş məşqçinin ilk rəsmi matçı idi. Maraqlıdır, görüşdən öncə və fasilədə sizdən ilk tələbi nə idi?

- Ümumi götürsək hər biri taktiki tapşırıqlar idi. Ona görə burada açıqlaya bilmərəm. Amma gözlədiyimizdən də çox tələbkar olduğunu deyə bilərəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti