Almaniya klubunun baş məşqçisi “Sportinfo”ya “Neftçi”dən danışdı

16 Yanvar 19:00 Müsahibə 5 584
Almaniya klubunun baş məşqçisi “Sportinfo”ya “Neftçi”dən danışdı

“Neftçi” Antalyada keçirdiyi ikinci yoldaşlıq görüşünü də məğlub başa vurdu.

İlk görüşdə “Erzurumspor”a 1:3 hesabı ilə uduzan “ağ-qaralar” növbəti sınaqda Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Valdhof Mannheym”ə böyük hesabla boyun əydi – 0:3.

Matç başa çatandan sonra qonaq komandanın baş məşqçisi Rüdiger Rehm Sportinfo.az-ın suallarını cavablandırıb.

- Oyun haqda fikirlərinizi eşitmək maraqlıdır.

- Bu, Antalyada ilk yoldaşlıq görüşümüz idi. Müəyyən tapşırıqlar üzərində işləməyi düşünürdük ki, onları etməyə çalışdıq. Həm oyun, həm də nəticə bizi qane etdi. Xüsusən müdafiə xəttində kompakt oyun sərgiləməyimizi bəyəndim. Əks-hücumlardan vurduğumuz qollar da tapşırığımın tərkib hissəsi idi.

- Rəqib seçimi edərkən “Neftçi”nin adına və tarixinə fikir vermişdiniz?

- Əlbəttə. Hətta matçdan öncə bəzi oyunları ilə maraqlanmışdım. Məsələn, əvvəl 4-2-3-1 taktiki sxemi ilə oynayırdılar, sonra 4-3-3-ə keçmişdilər. Bizə qarşı yenə 4-2-3-1-dən istifadə etdilər. Sağ cinah yarımmüdafiəçilərinin sürətli olduğunu, yaxşı zərbələr vurduğunu və komandasının ən məhsuldar futbolçusu olduğunu bilirdik. Təəssüf ki, zədələnib meydanı erkən tərk etdi (Rəhman Hacıyev nəzərdə tutur – H.). Öz çempionatlarında 3-cü pillədə qərarlaşdıqlarını da bilirəm (gülür).

- Klubunuzun büdcəsi nə qədərdir?

- Açığı, dəqiq rəqəm söyləyə bilmirəm. Çünki mənim səlhaiyyətimdə olan iş deyil. “Transfermarkt”də bu rəqəm 6 milyo avro civarında göstərilib. “Neftçi”nin büdcəsinin 10 milyon olduğunu oxumuşdum. Onlar Premyer Liqada mübarizə aparır, biz isə 3-cü liqada.

- Keyfiyyətli futbolçulara sahib olduğunuzu deməliyəm. Azərbaycan klubları Kevin Qoden, Terrens Boyd, Yesaya Herrmann kimi oyunçularınızı öz heyətlərində görmək istəsə?

- (gülür) Bu gün yox. Gələcəkdə baxmaq olar.

HƏBİB, Antalya

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!