"Az oynadığım üçün Azərbaycana gəlməyə qərar verdim" - Braziliyalıdan ETİRAF

11 Yanvar 13:00 Müsahibə 1 130
"Az oynadığım üçün Azərbaycana gəlməyə qərar verdim" - Braziliyalıdan ETİRAF

“Zirə” bugünlərdə yeni legionerlə anlaşıb.

Qəsəbə təmsilçisi Rafael Utziqi heyətinə qatıb.

27 yaşlı hücumu ilə 1,5+1 illik müqavilə imzalanıb.

Braziliyalı karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub.

Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş Utziqin son klubu Cənubi Koreyada “Sunqnam Asan” olub. O, Sportinfo.az-a müsahibə verib.

- Azərbaycana ikinci dönüşün necə baş tutdu?

- Yenidən Azərbaycana qayıtdığım üçün xoşbəxtəm. Layihəni öyrənəndə məmnun qaldım və gəlməyə qərar verdim.

- Başqa Azərbaycan klubundan da təklif almışdın?

- "Qəbələ" ilə son dəfə ölkə kubokun qazananda xarici klublarla bərabər Azərbaycandan da təkliflərim vardı. Amma Koreyaya getməyə qərar verdim.

- Lakin Koreya karyeran o qədər də uğurlu alınmadı. Ötən mövsümün sonu Azərbaycanda qalmadığın üçün peşman deyilsən?

- Koreyadakı futbolla buradakı futbol fərqlidir. Azərbaycanda topla oynamağa daha çox üstünlük verilir, amma Koreyada fiziki göstəricilər önə çıxır. Hər bir futbolçu daha çox meydanda olmaq istər. Təbii ki, Koreyada daha az oynadığım üçün Azərbaycana gəlməyə qərar verdim. Orada daha az oynadığım üçün özümü xoşbəxt hiss etmirdim.

- "Zirə"də bundan sonrakı hədəflərin nədir?

- İlk növbədə komandanın hədəflərin düşünürəm. Daha sonra şəxsi hədəflərim gəlir. Hücum xəttində çıxış etdiyim üçün daha çox qollar və ötürmələr ilə "Zirə"yə fayda verməyə çalışacam.

- Bəs "Zirə"nin liderlər qrupunda olması necə, keçidində rol oynadı?

- Ümumiyyətlə, "Zirə"nin təklifi məni cəlb etdi. Komandanın yüksək pillələrdə olmasının o qədər əhəmiyyəti yox idi. Çünki bildiyim qədərilə "Zirə"də hər zaman keyfiyyətli futbolçular olub. Bu gün də elədir. Bütün bu amilləri nəzərə alaraq bura gəldim.

- "Qəbələ"nin hazırda son pillədə olmasından məlumatın var?

- Bəli, xəbərim var. İzləyirəm.

- Sabiq komandanın indiki durumu sənə necə təsir edir?

- Təbii ki, bu vəziyyətdə olmaları məni məyus edir. "Qəbələ" ilə bağlı yaxşı xatirələrim var. O komanda ilə kubok qazanmışıq. Hazırda klub rəhbərliyi və ordakı futbolçularla münasibətlərim davam edir. Amma indiki halda mən "Zirə"dəki işimə fokslanmışam.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti