"O, mənim üçün "10 nömrə" 3-4 yerli futbolçudan biridir"

14 Yanvar 17:45 Müsahibə 948
"O, mənim üçün "10 nömrə" 3-4 yerli futbolçudan biridir"

"Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Sportinfo.az-a müsahibə verib.

- "Zirə"yə məğlub olduğunuz (1:2) yoxlama oyunuyla bağlı nələr deyə bilərsiz?

- Oyun istədiyimiz kimi keçdi. Maraqlı oyun oldu. Hücumlarımız oldu, ancaq yenə qol epizodlarından yararlana bilmədik

- Yeni transferlərlə bağlı vəziyyət necədir?

- Yeni transferlər gözlənilir. Yəqin ki, 16-17 yanvara kimi danışıqları yekunlaşdıracağıq. Gedişatdan çox şey asılıdır.

- Rəhim Sadıqovun gəlişi gözlənilir?

- Rəhim çemponatda izlədiyimiz maraqlı futbolçulardandır. Mənim üçün "10 nömrə" mövqeyində çıxış edən 3-4 futbolçudan biridir. Yerli futbolçu qıtlığı var. Alınsa yaxşı olardı.

- Qış fasiləsində heyətə qatdığınız İldar Ələkbərovun oyunun necə qiymətləndirisiz?

- İldar cavan yerli futbolçudur. Onun partlayıcı sürəti var. Oyunların gedişatında bundan istifadə edə bilərik.

- Hücum xəttindən şikayət etdiniz. Ölkədə isə yerli forvard qıtlığı var. Belədə bütün fikirlərin legioner hücumçuya yönəldiyini demək olar?

- Ən böyük problemimiz hücum xəttindədir. Ora daha çox oyunçu axtarırıq. Ola bilər əcnəbi olsun. Arxa xəttə istədiyimiz yerliləri tapa bilsək, o zaman leginer forvard alacağıq. Amma indi qəti nəsə demək olmaz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti