"Rəşad Sadıqovla qısa söhbətimiz oldu və..." - MÜSAHİBƏ

9 Yanvar 22:20 Müsahibə 687
"Rəşad Sadıqovla qısa söhbətimiz oldu və..." - MÜSAHİBƏ

"Zirə"nin yeni transferi Ceyhun Nuriyev Sportinfo.az-a müsahibə verib.

- “Zirə"dən başqa bir neçə klub da səni heyətinə qatmaq istəyirdi. Sonda qərarını "Zirə"nin xeyirinə etməyinə səbəb nə oldu?

- Seçimin “Zirə”dən olmağının əsas səbəbi, komandanın yüksək pillələr uğrunda mübarizə aparmağıdı. “Zirə” uzun illərdi hər mövsüm avrokuboklar üçün oynayır və belə iddialı komandada olmaq istədim.

- Yeni klubunda artıq bir neçə məşqə çıxmısan. Təəssüratların necədir?

- Komanda üzvləri məni isti qarşıladı. Adaptasiya dövrüm yaxşı keçir. Hamı ilə münasibətim yaxşıdı.

- Adətən, yeni transferlə bağlı ilk məşqdə baş məşqçinin xüsusi nitqi olur. Maraqlıdır, Rəşad Sadıqov sənin barəndə nələr dedi?

- İlk öncə komandaya təqdim edib, uğurlar arzuladı. Rəşad Sadıqovla qısa söhbətlərimiz oldu. Oyun fəlsəfəsin mənimsəməyə çalışıram.

- "Sabah"da olduğu kimi, "Zirə"də də 29 nömrəli formada çıxış edəcəksən. Sənin üçün bu rəqəmin hər hansı xüsusi önəmi varmı?

- Xüsusi önəmi yoxdu. Sadəcə Azərbaycan futboluna bu nömrə ilə gəlmişəm. Bununla da davam eləmək istədim.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!