Qələbənin memarı: "Özümü qəhrəman hesab etmirəm"

26 Dekabr 2023 23:40 Müsahibə 792
Qələbənin memarı: "Özümü qəhrəman hesab etmirəm"

"Turan Tovuz"un yarımmüdafiəçisi Xəyal Nəcəfov "Araz Naxçıvan" üzərində qazanılan qələbə (3:1) haqda Sportinfo.az-a müsahibə verib.

- Qalib gəldiyiniz oyun barədə nələr deyə bilərsən?

- Çətin olacağını bilirdik. "Araz" yaxşı komandadır. Lakin məqsədimiz fasiləyə qələbə ilə yollanmaq idi. Şükür Allaha bunu bacardıq.

- Matçın startı dünən, final fiti isə bu gün verildi. İki gün oynamaq çətin olmadı?

- Gözlənilməz hadisə baş verdi. Şükür heç kim xəsarət almadı. Məncə, bizim üçün o qədər də çətin olmadı

- Hər üç qolda da birbaşa iştirak etdin. Özünü qarşılaşmanın qəhrəmanı hesab edirsən?

- Yoldaşlarım kimi mən də əlimdən gələni etdim. Özünü qəhrəman hesab etmirəm. Bir futbolçu kimi borcumdur.

- Bu mövsüm öz çıxışını necə qiymətləndirirsən?

- Buna indi qiymət verə bilmərəm (gülür). İnşallah, mövsümün sonu bu haqda danışarıq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA