“Qələbəni daha çox istəyən bir komanda var idi, o da rəqib idi” – SƏMİMİ ETİRAF

26 Dekabr 2023 20:40 Müsahibə 970
“Qələbəni daha çox istəyən bir komanda var idi, o da rəqib idi” – SƏMİMİ ETİRAF

“Sabah”ın müdafiəçisi Sofyan Çakla Sportinfo.az-a müsahibə verib.

Mərakeşli legioner komandasının “Qəbələ”yə 0:1 hesablı məğlubiyyət haqda sualları cavablandırıb.

-İstirahət öncəsi bu cür məğlubiyyət yəqin ki, yerinə düşmədi.

- Təbii, fasiləyə qalibiyyətlə yollanmaq yaxşı olardı. Amma bu, futboldur, bəzən işlər sənin istədiyin kimi getmir. Hesabı bərabərləşdirmək üçün yaxşı imkanımız var idi. Lakin penaltini qola çevirə bilmədik. Qol vura bilmirsənsə, qələbə qazanmaq mümkün deyil. Bu gün meydanda qələbə daha çox istəyən bir komanda var idi, o da “Qəbələ”.

- Penalti epizodunu sizin üçün qırılma nöqtəsi saymaq olar?

- Qol olsaydı, təbii ki, psixoloji üstünlük tərəfimizə keçəcəkdi. Ancaq dediyim kimi, bu gün qələbəni daha çox istəyən tərəf “Qəbələ” idi. Biz də döyüşürdük, mübarizə aparırdıq. Ancaq onlar qədər yox. “Qəbələ”nin haqqını verməliyik, rəqib futbolçular meydanda canını qoyurdu.

- Daha çox xarakter göstərdiklərini demək istəyirsən?

- Bəli, onlar bizdən daha yaxşı xarakter nümayiş etdirdilər.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA