"Qarabağ"ın direktoru Emrah Çelikel Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndidə keçirilən MOİK-lə (1:0) qarşılaşması haqda Sportinfo.az-a müsahibə verib.
- Emrah bəy, özünüzü Xankəndidə necə hiss edirsiniz?
- Çox həyəcanlıyam. Oyun bitib, amma hələ də tüklərim biz-bizdir.
Bu gün böyük tarixdir, nə desəm azdır. Cənab Prezident bizi şərəfləndirdi. Hamımızın burada olması sevindiricidir. Qürurlu anlardır. Allah Cənab Prezidenti qorusun.
- Oyun barədə nələr deyərdiniz?
- Maraqlı oyun alındı. Gözəl matç keçdi. Son dəqiqələrə kimi gərginlik davam etdi.
- MOİK-dən belə mübarizə gözləyirdinizmi?
- Açığı, rəqibin bu qədər dirəniş göstərəcəyin gözləmirdim. Çox maraqlı oldu. Ordumuzun klubu öz gücünü göstərdi.
- Növbət 30 dəqiqəyə hazır idiz, yoxsa son saniyəyə kimi qol vurulacağına inanırdız?
- Əlavə vaxta mən hazır idim. Çox şən gün idi. Oyun da bu günə rəng qatdı.
- Bir gün əvvəldən Qarabağa gəlmişdiniz. Gəzmək imkanınız oldumu?
- Bəli
- Təəssüratlarınız necədir?
- Çox gözəl şəhərdi. Tarixi şəhərə baxıb qürurlandıq. Burda olmağın hər dəqiqəsi sevincdir.
XANOĞLAN İMANOV

