“Baş məşqçimiz risk etmədi” - Kapitan çətinlikləri gizlətmədi

19 Dekabr 2023 23:00 Müsahibə 756
“Baş məşqçimiz risk etmədi” - Kapitan çətinlikləri gizlətmədi

“Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyev Premyer Liqanın 17-ci turunda “Zirə”ni məğlub etdikləri (1:0) matç haqda Sportinfo.az-a müsahibə verib

- Qarşılaşma ilə bağlı nələr deyə bilərsən?

- Yaxşı rəqibə qarşı oynayırdıq. Ağır keçəcəyin bilirdik. Qələbə bizə daha çox lazım idi. Yaxşı oyunlar keçirirdik, lakin qələbə gəlmirdi. Şükürlər olsun ki, bu dəfə bacardıq. Görüşün taleyin 1 qol həll edəcəkdi. Qismətdən həmin qolu biz vurduq.

- Qısa ara sonra Zirə ilə kubokda üz-üzə gələcəksiz. Eyni rəqiblə ardıcıl oyunlar keçirmək çətin olmayacaq?

- Düzdü, çempionat görüşündə qələbə qazandıq. Lakin kubok yarışı daha çətin olacaq. Səfərdə oynayacağıq. Baş məşqçinin tapşırıqların yerinə yetirib mərhələni adlamağa çalışacağıq.

- İki cəbhədə mübarizə aparmaq çətin olmayacaq?

- Heyətimiz geniş deyil. Zədəli futbolçularımız çoxdur. Elə oyunçularımız var ki, zədəli halda meydana çıxır. Hər şeyə rəğmən maksimum hər iki cəbhədə uğurlu olmağa köklənmişik.

- Zədədən sonra yenidən meydana çıxdın, amma cəmi 73 dəqiqə oynaya bildin. Nə baş verdi?

- Zədədən çox əziyyət çəkirik. Roderik Miller də sağ olsun zədəli halda meydana çıxdı. Baş məşqçimiz güvəndi, oynamaq imkanı verdi. Zədədən sonra tam bərpa olunmadan oynamaq çətin idi. Ağrılar hiss etdim, baş məşqçi risk etmədi.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA