"Məni istəyən klub pul ödəməli olacaq" - MÜSAHİBƏ

17 Dekabr 2023 20:20 Müsahibə 2 497
"Məni istəyən klub pul ödəməli olacaq" - MÜSAHİBƏ

"Sabah"ın uzun müddətdir əvəzedici komandaya göndərilən yarımmüdafiəçisi Ceyhun Nuriyev Sportinfo.az-a müsahibə verib.

- Karyeranla bağlı son durum necədir?

- Hələki dəqiq nəsə yoxdur.

- Bəs aldığın təkliflər?

- Düzdü, təkliflərim var. Lakin qış fasiləsində gedişimin alınıb-alınmayacağı barədə dəqiq nəsə deyə bilmirəm.

- Getmək istəyin qətidir?

- Bəli, getmək istədiyim dəqiqdir.

- Səninlə birgə əvəzedici komandaya göndərilən Nicat Mehbalıyev əsas komandaya qaytarıldı. Səninlə bağlı da oxşar qərar verilsə necə olacaq?

- Hazırda "Sabah"ın oyunçusuyam. Əgər belə bir qərar verilsə, canla-başla oynamağa hazıram. Ancaq geri qaytarılacağımı zənn etmirəm.

- Əvəzedici komandada keçirdiyin günləri karyeranda itirilmiş zaman olaraq qiymətləndirmək olar?

- Səviyyəcə aşağı olsa da, itirilmiş zaman kimi qiymətləndirməzdim. Oyunlara çıxıram, məşqlərimiz intensiv edirəm. Formada qalmaq üçün çalışıram.

- Müqavilən yaya kimidir, amma qışda danışıqlara başlaya bilərsən. Səncə, "Sabah" fasilədə gedişinə imkan yaradacaq, yoxsa səni istəyən klub təzminat ödəməli olacaq?

- Təzminatsız gedişimə imkan verəcəklərini düşünmürəm. Böyük ehtimal məni istəyən klub pul ödəməli olacaq. Necə olacağını bilmirəm. İnşallah, qışda getmək istəyim alınar".

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA