Tanınmış legioner bunu ilk dəfə Azərbaycanda etdi, "Sportinfo"ya açıqladı ki…

11 Dekabr 2023 13:00 Müsahibə 1 498
Tanınmış legioner bunu ilk dəfə Azərbaycanda etdi, "Sportinfo"ya açıqladı ki…

"Sabah"ın mərakeşli müdafiəçisi Sofian Çakla Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində doğma divarlar arasında "Səbail"i məğlub etdikləri (4:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- İnamlı qələbə qazandınız. Nələr deyə bilərsən?

- Oyun yaxşı keçdi. Rəqib komanda da sonadək mübarizə apardı. Biz də bacardığımızı etdik və yekunda qələbəyə sevindik.

- Dubl etdin. Bu, karyeranda ilk idi?

- Bəli.

- Necə hislərdir?

- Buna görə, ələlxüsus komandama kömək etdiyim üçün çox şadam. Gələcəkdə çalışacam ki, daha çox qol vurum.

- Son iki turdur ki, qol buraxmadan qalib gəlirsiz. Bu tempi ən azı fasiləyə qədər qoruyub saxlaya biləcəksiz?

- Əlbəttə, bunun davamını gətirmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik, inşallah.

- Növbəti turda "Araz-Naxçıvan" səfərinə yollanacaqsız. Bu oyundan gözləntin nədir?

- "Araz-Naxçıvan" yaxşı kollektivdir. Bu matça xüsusi konsentrasiya olmalıyıq. Bu görüşdə də qələbə qazanmağa çalışacağıq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA