"Onun bizə dedikləri paltardəyişmə otağında qalır"

6 Dekabr 2023 19:40 Müsahibə 663
"Onun bizə dedikləri paltardəyişmə otağında qalır"

“Sumqayıt”ın yarımmüdafiəçisi Murad Xaçayev Premyer Liqanın 15-ci turunda “Turan Tovuz”la bərabərə (2:2) qaldıqları matç haqda Sportinfo.az-a müsahibə verib.

- Matçla bağlı fikirlərin maraqlıdır...

- Oyun kifayət qədər maraqlı keçdi. Ümumiyyətlə, gözəl ab-hava var idi. Oyun da çox məhsuldar keçdi

- İlk hissədə əldə etdiyiniz əla üstünlüyü fasilədən sonra nə baş verdi ki, əldən verdiniz?

- İkinci hissənin ilk 15 dəqiqəsini zəif oynadıq, rəqib bundan yararlanaraq hesabı bərabərləşdirdi.

- Hətta məğlub da ola bilərdiniz. Bu baxımdan 1 xalı qazanc hesab edirsən, yoxsa qələbənin əldən çıxmasına üzülürsən?

- Bəli, 2-2-dən sonra onların da, bizim də şanlarımız oldu. 2:0 öndə olduğumuzu nəzərə alsaq, əlbəttə ki, qalib gəlmək istərdik. Amma 2-ci hissənin necə keçdiyinə baxsaq, məncə, heç-heçə məntiqli nəticə oldu.

- Maraqlıdır, qarşılaşmadan sonra baş məşqçi başverənlərlə bağlı sizə hansı iradı bildirdi?

- Onun bizə dedikləri paltardəyişmə otağında qalır. Amma biz qaldığımız yerdən davam edirik və növbəti oyunlara hazırlaşırıq.

- Yerli publika yaxşı atmosfer yarada bilmişdi. Təəssüratların necədir? Fanatların təzyiqi nəticədə rol oynadımı?

- Əlbəttə. Tovuzda əsl futbol ab-havası var. Bu qədər azarkeşlə oynamaq daha maraqlıdır. İstərdim ki, çempionatda daha çox oyun bu qədər azarkeşlə keçirilsin.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti