COP29

Samir Abasovdan səmimi etiraflar: "Vəziyyətimiz kritik yox, fəlakətdir"

5 Dekabr 2023 23:40 Müsahibə 1 070
Samir Abasovdan səmimi etiraflar: "Vəziyyətimiz kritik yox, fəlakətdir"

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 15-ci turunda “Turan Tovuz”la bərabərə (2:2) qaldıqları matç haqda Sportinfo.az-a müsahibə verib.

- Samir müəllim, ilk öncə görüşlə bağlı nələr deyə bilərsiz?

- Çox gərgin oyun oldu. "Lerik"lə kubok görüşündə Kristian Velinovskinin ayağının sınmasından sonra ab-hava yaxşı deyildi. Bu atmosferdə Tovuza gəlmişdik. Buranın öz havası var. Azarkeşləri hər kəs gördü. Bəzi legionerlərimiz ilk dəfə bura gəlirdi. Şikayət kimi demirəm. Süni örtük həddən artıq ağırdı. Bu meydançadan bizdə də var. Amma ikisi də süni meydan olmasına baxmayaraq buradakı meydança daha ağırdı. Görsənən odur ki, futbolçular belə meydanda çox əziyyət çəkir.

- Amma problemlərə rəğmən ilk hissə yaxşı üstünlük əldə etmişdiniz…

- 2:0 öndə idik. Açığı, göydəndüşmə 2:0 idi. Hər iki epizoda da rəqibin səhvi oldu. Və rəqibi səhvə məcbur edəcək təzyiqimiz də yox idi. Sadəcə epizodlar öz-özünə yaranmışdı. İkinci yarı başlayanda rəqibin təzyiqindən sonra qollar buraxdıq. Sonradan ayılıb oyunu sakitləşdirə bildik. Səmimi deyim ki, periodik olaraq bu gün 2:2-dən sonra daha yaxşı oynadıq.

- Maraqlıdır, fasilədə futbolçulara nələr dediniz?

- Fasilədə uşaqlara bildirdim ki, uşaqlar, biz yaxşı futbol oynamırıq. Amma bizim üçün dərs olsun. Bu gün tribunalarda maksimum 5 min azarkeş olardı. Avrokuboklar istəyirsənsə, sabah 10-15 azarkeşin qabağında meydana çıxmağa hazır olmalısan. Orada nə edəcəksən? Ona görə də bizə dərs olmalıdır. Burada "Qarabağ" da 2:2 edib. Paltardəyişmə otağında futbolçu ancaq meydança ilə bəhanələr gətirir. Belədə onlar üçün başqa arqument də gətirmək olmur. Belə meydanda oynamaq bizim kimi topla oynayan komandalar üçün çətindir.

- Heç də nə yaxşı oynamadığınızı nəzərə alsaq, bir xala sevindiyinizi demək olar?

- Yaxşı oyun keçirib 2:0 irəli keçsəydik üzülərdim. Amma oyun böyük ölçüdə yaxşı olmadığı üçün üzüləsi nəsə yoxdur. İlk hissə oyuna baxmayan deyər ki, "Sumqayıt" dəhşət oynayır. Amma elə deyil axı. Bu gün orta xətt yox səviyyəsində idi. Xoşlayıram bunları deyim ki, futbolçular oxuyanda bilsinlər. Zatən sabah özlərinə də bu sözləri deyəcəm. Üzülsəm aktyorluq olar. Nəyə üzüləsən? Fikirləşirəm ki, bəlkə də ən ədalətli hesab bu idi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"