COP29

Premyer Liqanın debütantında nələr yaşanır? – “Pis təsir edir”

3 Dekabr 2023 23:20 Müsahibə 468
Premyer Liqanın debütantında nələr yaşanır? – “Pis təsir edir”

“Araz Naxçıvan”ın futbolçusu Abdulla Rzayev Sportinfo.az-a müsahibə verib.

21 yaşlı müdafiəçi komandasının “Səbail”lə bərabərə qaldığı oyundan sonra (1:1) sualları cavablandırıb.

- Hava-su kimi vacib olan qələbəni son saniyələrdə əldən verməyinizin səbəbini nədə görürsən?

- Çox yaxşı oynadıq. Gördüyünüz kimi, hesabı açdıq, hesab arasındakı fərqi artırmaq üçün real imkanlar yaxaladıq. Son saniyələrdə diqqətsizlik üzündən qapımızda qol gördük. 90 dəqiqə qaçırıq, mübarizə aparırıq, əziyyət çəkirik və sonda belə bir qol buraxmaq biz futbolçulara pis təsir edir. Qələbə qazansaydıq, üçüncü pilləyə yüksəlmək şansımız olacaqdı. Çox təəssüflənirəm, çox.

- Etiraf edək ki, o qədər qol imkanlarını boşa verməyinizdən sonra yekunun belə olacağı gözlənilən idi.

- Futbol belədir, “vurmayana vurarlar” prinsipi var. Bu gün bəxt tərəfimizdə deyildi. Bu, son deyil. Əksinə, bu cür səhvlər bizi diqqətli olmağa məcbur edir. Çalışacağıq ki, növbəti matçlarda səhvlərə yol verməyək.

- Çempionata yaxşı başlamışdınız. “Qarabağ” üzərindəki qələbədən sonra son 4 oyundakı qələbəsizliyin səbəbini nədə görürsən? Komandaya nə olub?

- İnanın, hər dəfə meydana qələbə üçün çıxırıq. Amma futbol elədir ki, hər dəfə qalib gəlmək olmur. İnsan etdiyi səhvlərdən dərs çıxarmalıdır. Onu fikirləşməliyik ki, harda səhv etdik, niyə etdik? Suala gəlincə, elə bir səbəb yoxdur. Sadəcə, lazımi anlarda qol imkanlarını dəyərləndirə bilmirik, ya da müdafiədə səhv edirik.

- Azər Bağırov paltardəyişmə otağında nə dedi?

- Sərgilədiyimiz futbola görə təbrik etdi, xoş sözlər dedi. Bununla yanaşı, səhvlərimizi də qeyd etdi. Bu cür oyundan sonra qələbə qazanmamaq adama pis təsir edir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"