COP29

Sabiq "Qalatasaray"lını Azərbaycandakı ilk qoluna təəssüfləndirən nə oldu?

2 Dekabr 2023 23:00 Müsahibə 618
Sabiq "Qalatasaray"lını Azərbaycandakı ilk qoluna təəssüfləndirən nə oldu?

"Sabah"ın yarımmüdafiəçisi Cesse Sekidika Premyer Liqanın 14-cü turunda "Qarabağ"a məğlub olduqları matç (1:2) haqda Sportinfo.az-a müsahibə verib.

- "Qarabağ"la oyunu necə dəyərləndirirsən?

- Yekun hesaba baxmayaraq, bu matçda yaxşı oynadığımızı düşünürəm. Bu oyunda qalib də gələ bilərdik. Matç gərgin mübarizə şəraitində keçdi. Fikrimcə, uduzmağa layiq deyildik.

- Emmanule Apeh penalı qaçırmasaydı, nəticə fərqli ola bilərdi?

- Düzdür, bəlkə də penalti qol olsaydı hər şey tam başqa cür cərəyan edə bilərdi. Bundan başqa, heç nədən iki qol buraxdıq. Bayaq da dediyim kimi, yaxşı oynadığımız matçda uduzduq. Ancaq artıq bu barədə danışmağın heç bir mənası yoxdur. Bu matç geridə qalıb.

- Azərbaycanda ilk qolunu "Qarabağ" kimi güclü rəqibə vurdun. Bu qol bundan sonra tez-tez fərqlənməyinə tək verə bilər?

- Təəssüf ki, komandada ilk qolum bizə qələbə gətirmədi. Ümumiyyətlə matçda əsas kimin fərqlənməsi yox, komandanın qələbəsidir ki, təəssüf ki bu oyunda buna nail ola bilmədik.

- Tədricən əsas heyətin dəyişməz üzvünə çevrilirsən. Artıq tam formaya düşdüyünü deyə bilərik?

- Əlbəttə, vaxt keçdikcə komandaya uyğunlaşıram. Fikrimcə, vaxt keçdikcə öz oyunumu daha da təkmilləşdirəcəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"