
“Sumqayıt”ın braziliyalı yarımmüdafiəçisi Monteka Oktavio Premyer Liqanın 15-ci turunda "Zirə"ilə bərabərə (0:0) qaldıqları matç haqda Sportinfo.az-a müsahibə verib.
- Zirə ilə oyun barədə nələr deyə bilərsən?
- Oyun yaxşı keçdi. İki keyfiyyətli komanda üz-üzə gəlirdi. Hər iki kollektiv turnir cədvəlinin yuxarı pillələrində qərar tutur. Əvvəldən çətin oyun olacağını bilirdik.
- Səncə, 1 xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Düşünürəm ki, birinci hissə üçün qalib gəlməliydik. Amma futbolda belə şeylər olur. Ona görə də irəliyə baxmalıyıq. Çempionatda xal qazanmaq həmişə vacibdir
- İlk hissə bol qol epizodları ilə yadda qaldı. Lakin ikinci yarı nisbətən sönük keçdi. Bunu nə ilə bağlayardın?
- Birinci hissədə biz daha yaxşı idik. İkinci hissədə hesab edirəm ki,tərəflər boşluqları bağlamaqla daha geridə qaldılar. Bu, işimizi bir az çətinləşdirdi.
- Zədədən sonra özünü necə hiss edirsən?
- Özümü yaxşı hiss edirəm. Oyundan sonra əvvəlki fiziki formamıza qayıdırıq.
XANOĞLAN İMANOV