COP29

“Neftçi” niyə müdafiə olunaraq qələbəni əldən verdi? – Rəqibin hücumçusu danışır

28 Noyabr 2023 16:40 Müsahibə 633
“Neftçi” niyə müdafiə olunaraq qələbəni əldən verdi? – Rəqibin hücumçusu danışır

“Araz-Naxçıvan”ın hücumçusu Elvis Maşike Sportinfo.az-a müsahibə verib.

Konqodan olan 29 yaşlı futbolçu komandasının “Neftçi”ylə bərabərə qaldığı oyundan sonra (1:1) sualları cavablandırıb.

- 1 xalı sizin üçün əla nəticə saymaq olar?

- Komandanın hansı şərtlərin içində yarandığını nəzərə alsaq, əlbəttə, yaxşı nəticədir. Çox yox, çox-çox böyük rəqibə qarşı oynayırdıq və kimdən soruşsaydınız, favorit qismində “Neftçi”ni göstərəcəkdi. İki həftə boyunca rəqibin adına önəm vermədən diqqəti öz hazırlığımıza ayırmışdıq. Bu, məşqlərdə çəkdiyimiz əziyyətin nəticəsi idi. 1 xalı haqq etdiyimizi düşünürəm.

- Oyundan əvvəl matçın heç-heçə başa çatacağını təxmin edirdin?

- Dediyim kimi, çox əziyyət çəkmişdik və bilirdim ki, bunun nəticəsini görəcəyik. Oyunun fasiləsində baş məşqçi dedi ki, siz tapşırıqları düzgün yerinə yetirin, bu gün uduzmayacağıq. Bütün futbolçularda inam və istək var idi.

- “Neftçi”nin son 15-20 dəqiqədə böyük qüvvə ilə müdafiəyə çəkilməsinin, rəqib futbolçuların vaxtı uzatmağa hesablanmış hərəkətlərinin xeyrinizə işlədiyini deyə bilərik?

- Onların geri çəkilməsi normal idi. Çünki 60 dəqiqə ərzində dayanmadan pressinq etməklə rəqibi yormuşduq. Bir komanda çox qaçanda, hər zonada pressinq edəndə, digər komanda üçün son 15-20 dəqiqədə çətin olur. Ona görə də müdafiəyə çəkildilər ki, hesabı qorusunlar, boşluqlar verməsinlər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"