"Qarabağ"dan bunu gözləmirdik"

16 Noyabr 22:20 Müsahibə 3 175
"Qarabağ"dan bunu gözləmirdik"

"Səbail"in forvardı Amil Yunanov Premyer Liqanın 13-cü turunda "Qarabağ"a məğlub olduqları (1:3) görüş haqda Sportinfo.az-a müsahibə verib.

- "Bayer"lə ağır oyun keçirmiş "Qarabağ"ı büdrətməyə nə çatmadı?

- “Qarabağ” Avropa səviyyəli komandadır. Açığı, əsas heyətlə oynayacaqlarını gözləmirdik. Bizə qarşı əsas heyətlə meydana çıxmaqları bizi ciddiyə almaqlarından irəli gəlirdi. Komanda olaraq çalışdıq ki, xal və ya xallar alaq, amma alınmadı. Qarşıdakı oyunlara baxmaq lazımdır.

- Şahin müəllim də rəqibin əsas heyətlə oynayacağını gözləmədiyini bildirdi. Bu amil meydanda sizə hansı təsirin göstərdi?

- Elə də təsir etmədi. Biz hər şeyə hazır idik. Nəzərə alaq ki, “Qarabağ”da oynayan hər kəs keyfiyyətli futbolçudur. Əsas və ya ehtiyat heyətin ciddi fərqi yoxdur.

- "Qarabağ" ötən tur "Kəpəz"i 7:1 məğlub etmişdi. Hesab 3:0 olanda eyni senari təkrarlanar deyə bir təlaş keçirdiniz?

- Yox, belə bir şey gözləmirdik. Biz də hücumlar etməyə çalışırdıq. İstəmirdik müdafiədə oturaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti