
"Sumqayıt"ın israilli yarımmüdafiəçisi Roi Kehat Premyer Liqanın 13-cü turunda "Neftçi"ni məğlub etdikləri (2:1) matç haqda Sportinfo.az-a müsahibə verib.
- Ölkənin ən köklü klubunu səfərdə məğlub etmək necə hisdir?
- Əlbəttə, Azərbaycanın ən böyük komandalarından birinə qarşı qalib gəlmək xoş hisdir. Mən bunun klubumuz üçün vacib olduğunu hiss edirəm və şadam ki, 3 xalı evə apardıq.
- Qələbədə əsas rolu nə oynadı?
- Komandamız oyundan əvvəl özünü heç də zəif hiss etmirdi. Bunu ilk dəqiqələrdən göstərdik və bir qol arxada olsaq da, eyni formada oynamağa davam etdik.
- Ardıcıl 4 oyundu məğlub olmursunuz. Belə davam etmək çətin olmayacaq?
- Əminəm ki, digər komandalar oyunlara baxır və bizə qalib gəlmək üçün yüksək motivasiyaya sahib olacaqlar. Biz növbəti oyuna özümüzü ən yaxşı şəkildə hazırlamalıyıq və artıq bitmiş oyunlar haqqında düşünməməliyik.
- Əsl gücün indi gördüyümüzdür, yoxsa hələ pik formana çatmamısan?
- Hər zaman daha yaxşı çıxış etmək imkanı var.
XANOĞLAN İMANOV