COP29

O, Samir Abasovu razı sala bilir?

8 Noyabr 2023 23:40 Müsahibə 512
O, Samir Abasovu razı sala bilir?

Premyer Liqanın 12-ci turunda “Araz Naxçıvan”ı məğlub edən (2:0) “Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov Sportinfo.az-a müsahibə verib.

- Qələbə təəssüratların necədir?

- Çox ağır oyun oldu. Kimə qarşə oynadığımızı bilirdik. "Araz" çempionatın surpriz komandalarından biridi. Sona kimi mübarizə aparıb, layiqli qələbə qazandıq.

- Rəqib futbolçular sizin daha çox istəkli olmanızın nəticədə həlledici rol oynamasını önə çəkdilər. Bu fikirlərlə razısan?

- Baş məşqçimiz rəqibi yaxşı analiz etmişdi. Çox təhlükəli komanda olduğunu bildirmişdi. Yaxşı əks-hücumlara çıxmağı bacaran kollektivdir. Məncə, həm oyun, həm də vurduğumuz qollarla qələbəyə layiq idik.

- Qollar demişkən, “Sumqayıt” karyeranda cərimə zərbəsində ilk qolunu vurdun...

- Hər məşq cərimə zərbələrinin üzərində xüsusi hazırlaşıram. Məşqçilərimiz də buna şərait yaradır. Şükürlər olsun ki, bəhrəsin bu gün gördüm.

- Baş məşqçinin oyun planında xüsusi əhəmiyyət daşıyan adlardan biri də sənsən. Bu, üzərində əlavə təzyiq yaratmır?

- Əksinə, bunun məni əlavə motivasiya etdiyini, stimul verdiyini deyərdim. Daha çox mübarizə aparıram ki, əlimdən gələnin artığını komandam üçün verim.

- Səncə, Samir Abasovu razı sala bilirsən?

- Onu özü deyə bilər (gülür).

- Vacib qələbə qazandınız. Sanki stabillik çatmır ki, bu qələbələr ardıcıl olsun. Bunu nə ilə bağlayardın?

- Hər oyuna üç xal üçün çıxırıq. Bəzən ələ düşən fürsətləri dəyərləndirə bilmirik. Bu da sonda qələbə qazanmağımıza mane olur. Bu gün qələbə qazansaq belə yenə bir neçə qol şansını dəyərləndirə bilmədik. Bununla bağlayardım.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"