COP29

“Qarabağ”ı udmuşuq, ola bilər ki..."

8 Noyabr 2023 22:20 Müsahibə 511
“Qarabağ”ı udmuşuq, ola bilər ki..."

"Araz Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayev Premyer Liqanın 12-ci turunda "Sumqayıt"a məğlub olduqları (0:2) matç haqda Sportinfo.az-a müsahibə verib.

- Oyunla bağlı nələr deyə bilərsən?

- Ağır olacağını bilirdik. Hər oyun nəticələrimiz yaxşı olunca, rəqiblər də bizi daha ciddiyə almağa başlayır. Digər tərəfdən Sumqayıt səfəri hər zaman çətin olur. Hamımız bunu dərk edirdik. Bu oyun istədiyimiz kimi alınmadı. Düşünürəm hamımıza “soyuq duş” olar. Və növbəti oyunlara rahat hazırlaşmaq üçün ayılmış olarıq.

- Ötən tur “Qarabağ”ı məğlub etmişdiniz. Komanda eyforiya yaşadı, yoxsa əlavə təzyiqin qurbanı oldu?

- Təzyiq olması ilə razıyam. “Qarabağ”ı udmuşuq deyə, ola bilər ki, rəqiblərin daha aqressiv, daha ciddi hazırlaşmaları bizə öz təsirin göstərir. Eyforiya deməzdim. Hər oyun meydana çıxıb əlimizdən gələni etməyə çalışırıq. Sadəcə bu gün bizim günümüz deyildi.

- Bu, rəqibin sizi daha yaxşı analiz etməsindən irəli gəlirdi, yoxsa oyununuz alınmırdı?

- Onlar bizdən daha çox istəkli idi. Meydanda bunu hiss etmək olurdu. Məncə, bu da bizə mane oldu

- Pis oyun, ağır məğlubiyyət növbəti turlar da çıxışınıza mənfi təsir edə bilər?

- Əksinə, bu, bizə dərs olacaq. Gələcək oyunlara daha ciddi hazırlaşmaq üçün. Mövsümün əvvəli bu nəticələri bizdən kimsə gözləmirdi. Artıq xeyli xalımız var. Bütün rəqiblər üçün ciddi rəqiblərə çevrilmişik. Bütün bunları mübarizə apararaq əldə etmişik. İnşallah, mənfi təsiri olmaz. Bizim üçün yaxşı mənada təkan olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"