Namiq Ələsgərov: "Neftçi" ilə buna razılaşmış olsaydıq…"

1 Noyabr 2023 19:40 Müsahibə 1 161
Namiq Ələsgərov: "Neftçi" ilə buna razılaşmış olsaydıq…"

"Sabah"ın yarımmüdafiəçisi Namiq Ələsgərov "Neftçi" üzərində qazanılan önəmli qələbə (1:0) haqda portinfo.az-a müsahibə verib.

- Ağır oyunda qazanılan vacib qələbə barədə nələr deyə bilərsən?

- Qeyd etdiyiniz kimi çox ağır oyun oldu. Güclü rəqibə qarşı səfərdə oynamağınıza baxmayaraq sona qədər mübarizə aparıb, istediyimiz nəticəni əldə edə bildik.

- 3 xalı gətirən qol son saniyələrdə gəldi. Buna inam vardı, yoxsa bərabərliklə barışmışdınız artıq?

- Bərabərliklə razılaşmış olsaydıq, son saniyələrə kimi böyük qüvvə ilə hucuma atılmazdıq. Sona kimi inam var idi. Şükürlər olsun ki, sonda məqsədimizə çata bildik.

- "Sumqayıt"ı ilk oyunda məğlub etsəniz də ikinci oyunda davamını gətirə bilmədiniz. "Neftçi" üzərində önəmli qalibiyyət stabilliyə yol aça bilər?

- Bu futboldur, dəqiq heç bir şey demək olmur. Biz hər oyuna qələbə qazanmaq məqsədilə çıxırıq, lakin təəssüflər olsun ki, hər dəfə nəticə istədiyimiz kimi alınmır. Ümid edirəm ki, bu qələbə bizə motivasiya olar və davamını gətirərik.

- Komandanı ilk üçlükdən 7 xal ayırır. Medallar uğurunda mübarizə aparmaq şansların necə görürsən?

- Çempionatın bitməyinə hələ çox var. Hər an hər şey ola bilər. Biz bu dəqiqə bu haqda fikirləşmirik, sadəcə hər oyuna ayrılıqda köklənməliyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti