COP29

"Son illər Azərbaycan millisində belə hücumçu görməmişəm" - MÜSAHİBƏ

1 Noyabr 2023 19:00 Müsahibə 7 454
"Son illər Azərbaycan millisində belə hücumçu görməmişəm" - MÜSAHİBƏ

Yusuf Mehtiyev 2006-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində dünyaya gəlib.

Valideynləri də əslən azərbaycanlı olan həmyerlimiz futbolun sirlərini "Rustavi"də öyrənməyə başlayıb.

İndi isə karyerasını qonşu ölkənin ən titullu klubu hesab olunan "Dinamo"nun (Tbilisi) akademiyasında davam etdirir.

Jurnalistlərdən ibarət Azərbaycan millisi ilə Gürcüstanda səfərdə olan bəndəniz bu ölkənin U-17 millisində də çıxış etmiş Mehtiyevlə söhbətləşməyi qərara aldım.

Təxminən 4 saatlıq dərdləşməyin ardınca, təbii ki, istedadlı forvardla müsahibə etməyə bilməzdim.

(Müsahibənin əvvəli burada - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/183432.html)

- Nə deyib?

- Bildirib ki, istedadlı uşaqdır, üzərində daha çox dayanın və belə də davam etsin.

- Yerli məşqçilər bundan sonra sənə daha yaxşı qayğı göstərir?

- Oynadığım komandada daha çox klubun uğuru düşünülür. Lakin fərd olaraq da məni unutmurlar.

- Dünya ulduzu olan Xviça Kvarekseliya ilə yolların nə zamansa kəsişib?

- Bəli.

- Maraqlıdır...

- O, "Rustavi"nin əsas komandasında bir müddət çıxış edib. Düzdü, mən hələ uşaq komandalarında çıxış edirdim. Lakin oyunlarında qarşılaşmışıq.

- Bu səviyyədə futbolçu olacağı ağlına gələrdi?

- Talant olduğu görünürdü. Amma bu səviyyəyə yüksələcəyin gözləmirdim.

- Dünya futbolunda hansı kluba azarkeşlik edirsən?

- "Real Madrid"

- Özünə kumir seçdiyin ulduz futbolçular var?

- İndiki nəsildən Haland, köhnələrdən isə Zlatan İbrahimoviç.

- Görünüşcə bənzərliyin var deyə?

- Bəli (gülür)

- Azərbaycan millisin seçən bəzi futbolçuların sonrakı karyerası o qədər də uğurlu alınmayıb. Bu məqam səni narahat etmir?

- Heç bir narahatçılıq yoxdur. Hər şey özümdən asılıdır. Özümə güvənirəm.

- Deməli, Azərbaycan millisində çıxış etməkdə qərarlısan?

- Bəli.

- İndiki Azərbaycan millisində olsan, fərq yarada bilərsən?

- Əlbəttə. Özümə inamım tamdır ki, fərqlənə bilərəm.

- Klublarımızı yaxından izləyə bilirsən?

- "Neftçi" və "Qarabağ"ı yaxından izləyirəm.

- Bəs hansı yerli futbolçunu öz oyununla müqayisə edərdin?

- Son zamanlar Azərbaycan millisində öz stilimdə hücumçu görməmişəm. Amma bəyəndiyim forvard Musa Qurbanlıdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"