"Mənə qarşı haqqsızlıq oldu, bunu dilə gətirdiyim üçün..." - MÜSAHİBƏ

3 Noyabr 2023 22:00 Müsahibə 741
"Mənə qarşı haqqsızlıq oldu, bunu dilə gətirdiyim üçün..." - MÜSAHİBƏ

“Sumqayıt”ın hücumçusu Kamran Quliyev Sportinfo.az-a müsahibə verib.

- Son iki oyun barədə nələr deyə bilərsən?
- Şükürlər olsun ki, “Sabah” üzərində qələbə qazandıq. Ötən oyun da qələbə qazanmağı çox istəyirdik. Hesabda öndə idik. Sonda nələrsə alınmadı. Amma ruhdan düşmədik. Paltardəyişmə otağında söz vermişdik ki, bu oyunu çıxaracağıq. Sözümüzün üstündə durduq. “Qəbələ”ni də udmağa çox yaxın idik. Təəssüf ki, əlimizə düşən imkanları qola çevirə bilmədik.

- “Sabah”la matçın fasiləsində ötən oyundakı kimi ikinci yarıda yenə uduzmaq qorxusu vardı?
- Özgüvən yerində idi. Bəlkə daha artıq idi. Məndə isə iki qat idi.

- Bu, sabiq komandandan narazı ayrılmağına görəydi?

- Bəli. Tamamilə doğrudur.

- Deməli, hələ də unutmamısan…

- Xeyir. Mənə qarşı haqqsızlıq olmuşdu. Bunu dilə gətirdiyim üçün əvəzedici komandaya göndərildim. Eybi yox, olsun. Şükürlər olsun ki, bu gün qələbə qazandıq.

- Amma qol vurmadın…

- Kaş qol da olardı. Əsas odur qələbə qazandıq. Düzdü, qol vursam daha yaxşı olardı. Deməli, xeyirlisi bu imiş.

- Oyunun gedişində və ya sonra rəqib cəbhədən kiminləsə danışığın oldumu?

Xeyir. Nə lazım idisə tabloda göstərdik.

- Mövsümə əla başlamışdın. Lakin stabil çıxışı yaxalaya bilmədin. Nə ilə bağlıdır?

- Məşqləri dayanmadan edirəm. Məşqçimiz nə zaman məsləhət bilsə, onda da meydana çıxıb komandama kömək etməyə çalışıram. Belə böyük problem yoxdur.

- Arxada qalan 11 tura görə çıxşınızı necə qiymətləndirirsən?

- Bu oyunu hər oyun göstərə bilsək işimiz yaxşı gedəcək. Rəqiblərə başağrısı ola biləcəyik.

Növbəti qələbələrə doğru irəliləmək istəyirik. Buna inanırıq.

- Hələki ardıcıl uğurlu seriya yaxalamaq müşkülə çevrilib. Bu baxımdan indiki qələbə dönüş nöqtəsi ola bilər?

- Təbii ki, bu oyun çox vacib idi.

Qələbə ruhun geri qaytara bildik. Növbəti oyunlar da ən azı bugünkü kimi çıxış edə bilsək qələbələr gələcək.

- Avrokuboklara getmək uğurunda mübarizədə özünüzü görürsüz?

- Ora hələ tezdir. Mövsümün sonuna çox oyun qalır. Təbii ki, mübarizə aparmaq hər zaman lazımdır.

Biz də öz mübarizəmizi aparacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti