“Qarabağ”ın леэионери Leandro Andrade Sportinfo.az-a müsahibə verib.
Kabo-Verde millisinin йарыммцдафиячиси “Turan Tovuz”la 2:2 hesablı səfər qarşılaşması ilə bağlı ortaya çıxan sualları cavablandırıb.
- “Qarabağ” son 6 matçı qalibiyyətlə başa vurmuşdu. Seriyanın qırılmasına nə səbəb oldu?
- İlk növbətə rəqibin əziyyətini qeyd etməliyəm. “Turan Tovuz” çox istəkli idi, hiss olunurdu ki, öz meydanında xal qazanmaq istəyir. Daim pressinq etməklə bizim səhvimizi gözləyirdilər. Biz səhvə yol verdik, rəqib bundan yararlandı. Oyunumuzu təhlil edib, səhvləri təkrarlamamağa çalışacağıq.
- “Molde”, “Hekken” kimi komandaları məğlub edən “Qarabağ”ın “Turan Tovuz”u məğlub edə bilməməsi...
- Müasir futbol elədir ki, bu gün hamı futbolu bilir, futbol oynamağı bacarır. Rəqibi düzgün təhlil edirsənsə və analizlərə əsasən meydanda düzgün oynayırsansa, istəyinə çata biləcəksən. Fərqi yoxdur, turnir cədvəlində 1-cisən, ya da 7-ci. Adına, turnir cədvəlindəki mövqeyinə önəm vernədən hər rəqibə qarşı ciddi hazırlaşmaq və yanaşmaq lazımdır.
- Adətən “Qarabağ”ın futbolçuları süni örtükdə oynamaqda çətinlik çəkir. Tovuzda kifayət qədər rahat görünürdünüz.
- Örtüyün hansısa mənada fərqi ola bilər, amma bunu qloballaşdırmağın tərəfdarı deyiləm. Bəli, “sintetika” zədə almaq baxımından təhlükəlidir, əzələləri yorur. Amma idman elədir ki, meydanda kim can qoyursa, kim çox çalışırsa, qələbəni də o qazanır. Həmin vaxt örtüyün süni, yoxsa təbii olması yadda düşmür. Bu gün bizim istək baxımından axsadığımızı demirəm. Görünür, daha çox istəmək və çalışmaq lazım idi.
- Səncə, nəticə oyuna görə oldu?
- Mənim fikrimi bilmək istəyirsinizsə, biz qələbəyə daha yaxın idik. Ən azından yaratdığımız qol vəziyyətləri bu cür düşünməyə əsas verir. Amma tarixdə nəticə qalır, kimin daha layiq olması yox.
- Sanki vurduğun ikinci qoldan sonra “Qarabağ”lılar qələbənin əldə olunduğuna əmin idi.
- Bəlkə də fikrimiz 3 xalda idi. O qoldan sonra diqqəti daha da artırmalı, rəqibin topla hərəkət etməsinə imkan verməməliydik. Bunu etməyincə, “Turan Tovuz” lazım olan qolu vurdu.
HƏBİB

