"Bura ehtiyatda oturmağa gəlməmişəm" - MÜSAHİBƏ

18 Oktyabr 2023 19:40 Müsahibə 1 085
"Bura ehtiyatda oturmağa gəlməmişəm" - MÜSAHİBƏ

"Sumqayıt"ın qapıçısı Orxan Sadıqlı Sportinfo.az-a müsahibə verib.

- Milli komandalara görə yaranmış fasilə sizin üçün keçdi?

- Qələbə ilə fasiləyə yollanmaq yaxşı oldu. Komanda yüksək ab-hava hökm sürür. Növbəti matçlara hazırlaşırıq.

- Qələbə demişkən, nəhayət, 5 oyunluq fasilədən sonra “Kəpəz”i məğlub etdiniz. Uğursuz seriyaya son qoymaq çətin olmadı?

- Gərgin oyun keçəcəyini bilirdik. Qol vuran tərəf qalib gələcəkdi.
Biz fərqli yanaşdıq oyuna. Qarşılaşmadan əvvəl rəhbərlik, məşqçilər heyəti ilə görüşümüz oldu. Uşaqlar bir araya gəlib qələbə sözü verdik. Bizim üçün “Kəpəz” görüşü trampilin rolunu oynaya bilrdi. Qələbə qazansaq ardı gələ bilərdi. Uda bilməsək daha pis olardı. Şükür olsun Allaha bacardıq.

- Amma heç də asan qələbə qazanmadınız. Matç ərzində də gərginlik hiss olunurdu...

- Düzü, gərginlik vardı. İstədik yerli və tərcübəli legioner komandanı sakitləşdirək. İnanırdıq ki, bir qol lazımdır. Ondan sonra daha rahat olacaq. Rəqib də asan rəqib deyildi. Ciddi müqavimət göstərdi.

- Və mövsümdə ilk rəsmi görüşün 9-cu tura təsadüf etdi. Fikirlərin maraqlıdır...

- Komadada 25-30 futbolçu olur. Ondan cəmi 2-3 nəfəri qapıçı olur. Bura gələndə vəziyyətlə razılaşmışdım.

- Ehtiyatda oturmağı nəzərdə tutursan?

- Xeyr, əksinə Mehdi ilə rəqabətə hazır idim. Aramızda sağlam rəqabət gedir. Hansımız qapıda durduq fərq etmir. Əsas komandanın uğurudur. Təbii ki, içimizdə oynamaq həvəsi də var. Ehtiyatda oturmağa gəlməmişəm. Şansımzı gözləyirik. Məşqçi nə zaman şans versə meydana çıxmağa, komandamıza kömək etməyə hazırıq.

- Uzun müddətdən sonra rəsmi oyuna çıxmaq ağır olmadı?

- Sonuncu dəfə 5 ay əvvəl ötən mövsüm oynamışdım. Oyun praktikasının azlığın özüm hiss edirdim. Lakin təcrübəmlə bunu hiss etdirməməyə çalışdım. Nə dərəcədə alınıb-alınmamasını məşqçilər və izləyənlər deyə bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA