Klub prezidenti “Sportinfo”ya MÜSAHİBƏ VERDİ, iddialı danışdı

12 Oktyabr 2023 22:20 Müsahibə 1 085
Klub prezidenti “Sportinfo”ya MÜSAHİBƏ VERDİ, iddialı danışdı

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın 9-cu turunda "Kəpəz"i məğlub etdiz. Vacib qələbədən sonra nələr deyə bilərsiz?

- Çətin oyun oldu. Neçə oyun idi uda bilmirdik. Buna görə komandada gərginlik vardı. Uşaqların üzərində əlavə təzyiq vardı. Oyundan öncə futbolçular özləri bir araya gəldilər və söz verdilər ki, oyunu udacaqlar. Sağ olsunlar ki, sözlərini tutdular. Vacib 3 xalı qazandıq. İnşallah, mübarizəmizi davam etdiririk.

- Uğurlu startdan sonra nə baş verdi ki, komanda “qara zolaq” yaşadı?

- Bəzən belə qeyri-stabillik olur. Bu, futboldur. Digər komandalara nisbətdə 1 oyun az keçirmişik. İnanıram ki, həmin oyundan da uğurlu nəticə ilə ayrıla biləcəyik.

- Komandada gərginlik olduğunu dediniz. Maraqlıdır, onu aradan aparmaq üçün hansısa addımlar atdınızmı?

- Həm məşqçilər korpusu, həm də futbolçularla bir yerdə görüşmüşük. Biz bir ailəyik, birlikdəyik.

- Arxada qalan ilk dövrəni ümumilikdə necə qiymətləndirirsiz?

- Bizim üçün dövrə bitməyib. Hələ bir oyunumuz qalır. Ondan sonra konkret nəsə demək olar.

- Belə qələbədən sonra fasilə yerinə düşdü, yoxsa olmasa, daha yaxşı olardı?

- Məncə, normaldır. Bəlkə də uşaqlara bu gün dincəlmək daha çox lazım idi.

- Futbolçuların qarşısına konkret hədəf qoyulub?

- Hədəfimiz ən yüskək pillələr üçün mübarizə aparmaqdır.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA