"Sözsüz ki, "Qarabağ" güclüdür, amma..." - Yeni gələnlə MÜSAHİBƏ

7 Oktyabr 2023 22:20 Müsahibə 3 332
"Sözsüz ki, "Qarabağ" güclüdür, amma..." - Yeni gələnlə MÜSAHİBƏ

“Sumqayıt”ın yarımmüdafiəçisi Mossi Tresor Sportinfo.az-a müsahibə verib.

Burundin millisinin 22 yaşlı üzvü son turda “Qarabağ”a uduzduqları matçdan (0:5) və düşdükləri “qara zolaq”dan danışıb.

- “Qarabağ”a belə hesabla məğlubiyyətə səbəb rəqibin güclü oyunu oldu, yoxsa siz çox pis çıxış etdiniz?

- Yaxşı komandaya qarşı oynadıq. Onlar sözsüz ki, güclü idilər, amma daha yaxşısını etməliydik. Oyuna pis başladıq, məğlubiyyətimiz də elə bu səbəbdən oldu.

- Uğursuz oyun, darmadağınla məğlubiyyət. Maraqlıdır, paltardəyişmə otağında baş məşqçi Samir Abasovdan hansı sözləri eşitdiniz?

- Matçla bağlı nə düşündüyünü söylədi. Başverənlər oyunçular üçün də xoş olmadı. Amma bu, futboldur. Olanları unudaraq növbəti görüşlərə baxacağıq.

- Mövsümə ardıcıl qələbələrlə əla start vermişdiniz. Amma sonrakı 5 oyundu 3 xal qazanmaq müşkülə çevrilib. Dəyişən nədir? Niyə eniş yaşayırsınız?

- Bəli, mövsümün əvvəlində yaxşı başladıq. Lakin futbolda belə məqamlar da olur. Hətta böyük komandalar üçün də belə vəziyyətlər yaşana bilər. Mövsümün davam etdiyini bilirik. Biz başlanğıcda əldə etdiyimiz sevinci tezliklə yenidən tapacağıq. Startda olduğu kimi, yenidən hər şeyə sıfırdan başlamalıyıq.

- Qarşıdan sonuncu pillədə gedən "Kəpəz"lə görüş gəlir. "Qara zolaq"dan çıxmaq şansların necə görürsən?

- Çempionat gərgin keçir. Zəif komanda yoxdur. Turnir cədvəlində yuxarı yüksəlmək üçün bu matçda qalib gəlməliyik. Yaranacaq fasilədən əvvəl yeganə məqsədimiz budur.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA