“Neftçi”nin müdafiəçisi Ervin Koffi Premyer Liqanın 8-ci turunda “Turan Tovuz”u məğlub etdikləri qarşılaşmadan (1:0) sonra Sportinfo.az-a müsahibə verib.
- İlk öncə qarşılaşma barədə nələr deyə bilərsən?
- Bizim üçün asan oyun olmadı. Qarşılaşma yetərincə çətin alındı. "Turan" yaxşı komandadır. Matç qarşılıqlı mübarizə şəraitində keçdi. Layiqli mübarizə ilə qarşılaşdıq. Standart vəziyyətdən sonra son dəqiqələrdə fərqləndik. Əlbəttə, istəyərdim ki, qolu daha tez vuraq.
- Çətin səfərdə vacib qələbə qazandınız. Bəs komandanın göstərdiyi oyun sizi qane edir?
- 5-6 saatlıq yolçuluqdan sonra oyuna çıxmaq asan deyil. Biz görüşə yaxşı hazırlaşmaq üçün bir yox, iki gün əvvəldən bura gəlmişdik.
- Qələbə qolu son dəqiqələrdə gəldi. Maraqlıdır, növbəti dəfə xal itirmək qorxusu vardımı?
- Bu, idmandır. Hər şeyə nəzarət etmək mümkün deyil. Oyunda topa nəzarət daha çox bizdə idi. Məncə, bunun məntiqli nəticəsi olaraq qol vura bildik.
- İlk gəldiyində azarkeşlərin sənin idman formandan ciddi narazılığı vardı. İndi öz durumunu necə qiymətləndirirsən?
- Komandaya gec qoşulmuşam. Demək olar ki, hazırlıqlarda tam şəkildə iştirak edə bilməmişəm. Buna rəğmən getdikcə kollektivə daha yaxşı uyğunlaşıram. Oyundan-oyuna artıracağıma inanıram.
- Çılğın fanatların önündə mübarizə aparmaq çətin deyildi?
- Azarkeş dəstəyi altıda oynamaq mənə yenilik deyil. Daha əvvəl də karyeramda güclü azarkeş dəstəyi altında oyunlar keçirmişəm. Bu azarkeşlərin işidir. Bu da bizim üçün xoş olan işdir. Açığı, rəqib üçün belə azarkeş təzyiqi altında oynamaq elə də asan deyildi. Amma buna rəğmən belə azarkeşlərin olması mənim üçün çox xoş atmosferdir.
XANOĞLAN İMANOV