“Komandanı xilas etməyimə az qalmışdı - Bundan sonra olmaz"

26 Sentyabr 21:00 Müsahibə 556
“Komandanı xilas etməyimə az qalmışdı - Bundan sonra olmaz"

Premyer Liqanın 7-ci turunda "Sabah"ın qonağı olan "Kəpəz" turun surpriz nəticəsinə imza atmağı bacardı.

Azər Məmmədovun yetirmələri çətin səfərdə əldə etdikləri bərabərliklə (1:1) aktivlərinə 1 xal yazdıra bildilər.

Bunda mövsümdə ilk matçına çıxan Kamran İbrahimovun əməyi də böyük oldu.

Gənc qapıçı qarşılaşmadan sonra çıxışı və digər suallarla bağlı Sportinfo.az-a müsahibə verib.

- Yaxşı oyun oldu. Yaxşı mübarizə apardıq. Ədalətli nəticədir. Rəqib çox güclü idi. Bir xalı vuruşaraq aldıq.

- Mövsümdə ilk dəfə əsas heyətdə şans qazandın. Həftə ərzində bunu gözləyirdin?

- Bəli, gözləyirdim. Öncədən də bildirilmişdi ki, qarşıdakı görüşə hazır ol. Mən də özümü göstəməyə çalışdım.

- Baş məşqçi mətbuat konfransında bildirdi ki, Kamrandan gözlədiyimdən yaxşı performans gördüm. Özün çıxışını necə qiymətləndirirsən?

- Məncə, yaxşı alındı. Bircə penal epizoduna üzüldüm. Komandanı xilas etməyimə az qalmışdı, alınmadı.

- Kamran, arxada qalan turlardan qəribə tendensiya yaranıb - İddiaları büdrədir, münasib rəqiblərə qarşı isə əziyyət çəkirsiniz. Nədir problem?

- Nəsə səbəb deyə bilmirəm. İnşallah, bundan sonra olmaz.

- Bəlkə, nisbətən zəif rəqiblərlə görüşlərə köklənmədə probleminiz var?

- Yox, elə deməzdim. Sadəcə, səhvlərimizdən erkən qollar buraxırdıq. Davamında da toparlanmaq çətin olurdu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu