COP29

“Elə səhvlərə yol verirəm ki, gözlərimə inana bilmirəm” – ŞOK ETİRAFLAR!

18 Sentyabr 2023 21:20 Müsahibə 2 124
“Elə səhvlərə yol verirəm ki, gözlərimə inana bilmirəm” – ŞOK ETİRAFLAR!

“Kəpəz”in qapıçısı Valadislav Vailyuçek Sportinfo.az-a müsahibə verib.

Belaruslu legioner buraxdığı kobud səhvlərə şərh verib, ardıcıl yenilgilərlə bağlı danışıb.

- "Səbail"ə 0:3 hesablı məğlubiyyətin səbəblərini nə ilə izah edə bilərsən?

- Üç oyundur öz azarkeşlərimizin qarşısında uduzuruq. Çox ağırdır, nəsə demək olmur. Utancvericidir.

- “Neftçi”ni udub, “Qarabağ”la heç-heçə edən komanda ortabab komandalara boyun əyir. Xüsusi səbəb var?

- Güclü rəqiblərə qarşı məşqlərdə etdiklərimizi oyunda həyata keçirə bilmişik. Ancaq son görüşlərdə oyun başlayanda sanki əl-qolumuz bağlanır. Gah bəxtimiz gətirmir, gah inanılmaz səhvərə yol veririk. İlk hissədə iki qol buraxırıqsa, sonu yaxşı olmayacaq. Elə mənim özüm də səhvlər edirəm.

- Yeri gəlmişkən, son oyunlarda yol verdiyin nöqsanlarla diqqət çəkirsən. Çox kobud səhvlər edirsən.

- Bilirəm, bilirəm. Elə səhvlərə yol verirəm ki, gözlərimə inana bilmirəm. “Turan Tovuz”la matçda topu əlimdən buraxdım, bu dəfə top qolumun altında qapıya daxil oldu. Başa düşmürəm, niyə belədir, niyə belə alınır. Hazırlaşıram, özümü oyuna kökləyirəm, necə lazımdır məşq edirəm.

- Baş məşqçi bugünkü oyundan sonra sənə nə dedi?

- Hələ ki, heç nə. İstirahət günü olacaq, sonra yığışacağıq. İradları həmin vaxt eşidəcəyik.

- Azarkeşlər “istefa” şüarları səsləndirirdi. Haqlıdırlar?

- Kimin üçün deyirdilər bunu?

- Çox güman, klub rəhbərliyini nəzərdə tuturdular.

- Azarkeşlərin bizdən istədiyi heç olmasa Gəncədəki matçları qələbə ilə başa vurmaqdır. Onları çox yaxşı başa düşürəm. 6 tur keçib, Gəncədə 4 oyun oynamışıq, 3-də məğlub olmuşuq. Onlar da tam təbii olaraq hirslənir, qəbul edə bilmir. Özümüzə gəlməli, tənqidlərdən nəticə çıxarmalı, növbəti oyunlarda fanatlarımızı sevindirməliyik. Başqa çıxış yolumuz yoxdur. Uğursuzluqda hamımız günahkarıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"