COP29

"Bunu yaxında görəcəksiz, Qurban Qurbanov bizə bildirdi ki..." - MÜSAHİBƏ

18 Sentyabr 2023 09:40 Müsahibə 1 431
"Bunu yaxında görəcəksiz, Qurban Qurbanov bizə bildirdi ki..." - MÜSAHİBƏ

"Qarabağ" Premyer Liqanın 6-cı turunu "Sabah" üzərində inamlı qələbə ilə (2:0) başa vurdu.

Qarşılaşmadan sonra ağdamlıların yarımmüdafiəçisi Patrik Andrade Sportinfo.az-a müsahibə verib.

- Öncə oyun barədə nələr deyə bilərsən?

- Oyun bizim üçün yaxşı keçdi. Bütün həftəni bu görüş üçün çalışmışdıq. Məşqçi bizdən tələb edirdi ki, qarşılaşmaya ciddi hazırlaşaq. Sondakı nəticə göstərdi ki, biz yaxşı oyun nümayiş etdirdik.

- Son iki turda itirilən xallar üzərinizdə gərginlik yaratmırdı?

- Neqativ gərginlik yox idi. Hər zaman meydana qələbə üçün çıxırıq. Təəssüflər olsun ki, bəzən alınmır. Son həftələr baş məşqçi bizdən daha çox çalışmağı, ciddi olmağı tələb edir. Şadıq ki, bu gün 2 qol vurub 3 xal qazana bildik.

- Hələ də səni alışdığımız formada görə bilmirik. "Partizan"a yola saldığımız Patriki nə vaxt görə bilərik?

- Bunu yaxında görəcəksiz. Biz addım-addım irəli gedirik. Ümid edirəm ki, tezliklə köhnə Patriki və daha uğurlu "Qarabağ"a görəcəksiniz.

- İlk dönəmindəki və indiki Azərbaycan Premyer Liqasını necə müqayisə edərdin?

- Bütün rəqiblər çalışır. Son zamanlar bura səviyyəli futbolçular çox gəlir. Bu da çempionatın səviyyəsin qaldırır. Həm bizim üçün, həm də azarkeşlər üçün sevindirici haldır. "Qarabağ", "Sabah" və "Neftçi" komandalarına keyfiyyəti oyunçular gəlir.

- Qarşıdan "Molde" ilə matç gəlir. Şansları necə dəyərləndirirsən?

- Qarşıda 4 günümüz var. Paltardəyişmə otağında baş məşçimiz də bildirdi ki, zamanımız azdır. Yaxşı oyun nümayiş etdirib hər kəsi sevindirmək istəyirik.

- Rəqibin ən təhlükəli nöqtəsi olaraq haranı qeyd edə bilərsən?

- Sabahdan rəqibi analiz etməyə başlayacağıq. Qarşıdakı günlər baş məşqçi lazım olan məlumatları bizə verəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"