COP29

“Neftçi” transfer haqqını ödəmək istəmir - Mutu sehrbaz deyil"

17 Sentyabr 2023 01:10 Müsahibə 2 463
“Neftçi” transfer haqqını ödəmək istəmir - Mutu sehrbaz deyil"

Sportinfo.az xəbər verir ki, Rumıniyanın “Argeş” klubunun kapitanı Adrian Skarlatake sportal.az-a müsahibə verib.

Uzun illər Azərbaycanda – “Xəzər Lənkəran”, “Keşlə”(indiki “Şamaxı”), “Zirə” klublarının formasını geyinmiş 36 yaşlı futbolçu saytımıza müsahibəsində “Neftçi”nin baş məşqçisi Adrian Mutunun işindən danışıb.

- “Neftçi” 2023/2024 mövsümündə avrokuboklarda bir mərhələ keçərək çıxışını dayandırdı. Komanda Adrian Mutunun rəhbərliyi altında cəmi bir mərhələ keçə bildi. “Neftçi”nin “Beşiktaş” səddini keçə bilməməsi sənin üçün gözlənilməz olmadıki?
- Dürüst olmalıyıq. “Beşiktaş” yaxşı rəqib idi. Onları məğlub etmək asan deyildi. Bu komandanın “Neftçi”yə qalib gəlməsini normal hesab edirəm. Mutu nə edə bilərdi? Axı, çox yaxşı komandaya qarşı oynadılar.

- Maraqlı məqamlardan biri də odur ki, Mutu Rumıniya çempionatından cəmi iki futbolçu gətir bildi. Onlar “Sepsi”dən Marka Tamaş və “ÇFR Kluj”dan Yuri Matiasdır. Onlar haqda hansı fikirdəsən? Xüsusən də, Matias artıq “Neftçi” azarkeşlərinin sevimlisinə çevrilib...
- Rumıniyadan yaxşı oyunçular gətirmək asan deyil. Çünki Rumıniya klubları onların transferi üçün pul istəyirlər. Yuri yaxşı oyunçudur. Tamaş da, həmçinin. Düşünürəm ki, Mutu Rumıniya çempionatından yaxşı transferlər edə bildi.

- Amma “Rapid”də sərəncamında olan Marka Duqandziçi “Neftçi”yə gətirə bilmədi. Xorvatiyalı Səudiyyə Ərəbistanına yollandı. “Neftçi”yə çox kömək edərdi?
- Bəli, Duqandziç Rumıniya çempionatının bombardiri olub. Çox yaxşı oyunçudur. Amma o, böyük məbləğə Səudiyyə Ərəbistanına getdi. “Neftçi”yə keçsəydi, onlar üçün çox yaxşı transfer olardı.

- Amma indi də “Neftçi”nin heyətində xeyli sayda yeni legionerlər var. Mutu yeni qurduğu kollektivlə Azərbaycan çempionatında çempionluq yaşaya bilər?
- Qısa müddətdə yaxşı komanda yaratmaq təkcə Mutu üçün deyil, hər bir məşqçi üçün çətindir. Xüsusən də, çox sayda yeni oyunçularınız varsa, belədir. Təbii ki, ona vaxt lazımdır. Mutu sehrbaz deyil. Düşünürəm ki, yaxşı komanda yaratması üçün bir ilə ehtiyacı var. Amma “Neftçi” rəhbərliyindən çox şey asılıdır. Yəni, onlar bu qədər ona vaxt vermək istəyəcək ya, yox.

- Səncə, Mutu nəyə görə komandasına rumıniyalı futbolçu dəvət etmir?
- Rumıniyalı yaxşı oyunçuları komandaya gətirmək asan deyil. Çünki Rumıniya klubları transfer üçün pul tələb edir. “Neftçi” isə məncə, transfer haqqını ödəmək istəmir. Amma ola bilsin ki, qışda rumıniyalı futbolçularla müqavilə imzalaya bilərlər. Səbr edək, görərik. Rumıniyalı oyunçular peşəkar və ciddidirlər. Onlar “Neftçi”yə kömək edə bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti