“Sumqayıt”dan təklif gələndə agentim mənə dedi ki...” - MÜSAHİBƏ

2 Sentyabr 2023 21:20 Müsahibə 897
“Sumqayıt”dan təklif gələndə agentim mənə dedi ki...” - MÜSAHİBƏ

“Sumqayıt”ın yay fasiləsində heyətinə qatdığı Abu Dosso Sportinfo.az-a müsahibə verib.

Fil Dişi Sahilindən olan 27 yaşlı cinah müdafiəçisi mətbuatımıza ilk müsahibəsində bura gəlişi və gələcək planlarından danışıb.

- Transferin mövsümün startından sonra baş tutdu. Bura gec gəlməyinə səbəb nələr idi?

- Yaxşı təklif gözləyirdim. İstəyirdim məqsədi olan klub gedim. Agent mənə dedi ki, “Sumqayıt” yaxın iki ildə Avropa üçün komanda formalaşdırmaq istəyir. Təklif mənim üçün cəlbedici oldu.

- Ölkəndən sonra yalnız İsraildə legioner həyatı yaşamısan. Maraqlıdır, başqa təkliflərin olmadı, yoxsa başqa səbəblər var?

- Pandemiya zamanı ölkəmdən ayrıldım. Həmin dönəmdə İsrail ən tez və rahat viza təklif edən ölkə oldu. Davamında hər şey məni qane etdiyi üçün orada qalmağa davam etdim.

- O zaman İsraili Azərbaycan dəyişmək qərarına əsas nələr təsir etdi?

- İddialı klubda olmaq istəyirdim. Məşqçi və klub rəhbərliyi məni gətirmək istəklərini göstərdilər. Belədə qərar vermək mənim üçün çətin olmadı.

- Bura gələnə kimi futbolumuzla bağlı nələr bilirdin?

- Futbolunuzun inkişafda olmasını bilirdim. İndi isə əyani şahid oluram ki, Azərbaycan Premyer Liqasına müxtəlif ölkələrdən çox sayda peşəkar futbolçular gəlir.

- Ölkəmizdə çox sayda afrikalı futbolçu çıxış edib. Arasında məsləhət aldığın tanışların oldumu?

- Bəli, çoxunu tanıyıram. Amma Azərbaycan haqqında məsləhətlərimi “Sabah”da oynamış yaxın dostum Tiemoko Fofanadan aldım. Mənə xoş sözlər dedi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti